Показать сообщение отдельно
Старый 11.11.2010, 21:52   #858
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Тем временем, драма человеческая развивается


http://bizimyol.az/?mod=news&act=view&nid=42526

Cəmil Həsənli: «Rasim Musabəyovun hər məntəqədə 12-15 səsi var idi»

“Gözdən əlilləri də “karusel”ə cəlb etmişdilər, müşahidəçilərin çayına dərman qatıb qarınağrısına salmışdılar»

Tarixçi alim, professor, seçkilərdə 18-saylı Nərimanov-Nizami Seçki dairəsindən namizədliyini irəli sürmüş Cəmil Həsənli ilə seçkilər, onun nəticələrin barədə söhbət etmişik. Xatırladaq ki, həmin nadirədən politoloq Rasim Musabəyov qalib elan olunub. Cəmil Həsənli seçkidə üzləşdiyi pozuntulardan, beynəlxalq rəylərdən danışıb, gedişatın ölkəyə vurduğu zərərləri qeyd edib.

- Cəmil müəllim, 7 noyabr seçkilərində gözlənilməz hadisələr baş verdi. Məsələn müxalifət namizədlərindən heç kəs parlamentə düşə bilmədi. Bəzi namizədlər, məsələn Sizin alternativiniz olmuş R.Musabəyov bunu müxalifətin zəif seçki kampaniyasi aparması ilə izah etməyə çalışır. Siz necə düşünürsünüz?

- Qətiyyən belə deyil. Əvvəla hakimiyyət seçki təbliğatı aparmaqda maraqlı deyildi. Ona görə də tək müxalifətin deyil, bütövlükdə iqtidarın özünün də təşviqat kampaniyası sönük keçdi. Müxalifətin seçkidə yer ala bilməməsinin səbəbi isə seçki kampaniyasının zəif və ya güclü keçməsi ilə bağlı deyildi. Bu, Azərbaycanda son on ildə planlaşdırılan və tətbiqinə 2005-ci ilin parlament seşkilərindən sonra start verilən siyasətin məntiqi yekunudur. O zamanlardan ki, Azərbaycanın demokratiyaya özünəməxsus yolu ilə bağlı xüsusi nəzəriyyələr irəli sürürdü. Həmin vaxtdan da yeni müxalifət yaradılması ideyası meydana çıxdı və hakimiyyət bütün gücünü real müxalifətə qarşı səfərbərliyə aldi. 7 noyabr Azərbaycanda birpartiyalı sistemə keçidi, kommunist idarəçiliyinə qayıdışını rəsmiləşdirdi. Bu respublikada keçirilən parlament seçkilərinin ən acınacaqlı nəticəsidir.

- 18 saylı Nərimanov-Nizami dairəsində seçkilərin nəticələri ilə bağlı MSK-ya şikayət etmisiniz. Hansı nəticəni gözləyirsiz?

- Belə bir şikayət var. Həmin dairədən səslərin yekunları barədə rəsmi məlumat belədir: Rasim Musabəyov 8434, Cəmil Həsənli 2927, Səkinə Babayevə 2162, Əhməd Orucov 1088, Ənvər Ağazadə 820, Rafiq Abdullayev 749, Qasım Qasımov 527. Mən beş il bu dairədə seçicilərlə işləmişəm və necə millət vəkili olmuşam, onu da bilirsiniz. Hətta uduzsaydıq da bizim aramızda səs fərqi belə kəskin şəkildə olmamalı idi. Şübhəsiz ki, R.Musabəyov parlament üzvü olmağa layiqdir və bunu özünə də demişəm. Lakin onun bu dairədə səsi yox idi. Bəlkə doğrudan da müstəqil namizəd kimi gəlsəydi Musabəyov buradan bir qədər səs ala bilərdi. Lakin adamlar görəndə ki, o, hakimiyyətin namizədi kimi gəlib və onun seçki kampaniyasını açıq şəkildə rayonun icra strukturları təşkil edir, ona olan münasibət hakimiyyətə olan münasibətlə eyniləşdi. Hətta Rasim müəllim zəhmət çəkib 450 seçici imzasını belə özü toplamadı. Onun əvəzinə bu işi icra orqanları etdilər. Ona görə də Əhməd Orucov onun imzalarının saxta olduğu barədə məhkəməyə müraciət etməli oldu. Bizim şikayətimizə gəldikdə isə əldə etdiyimiz müşahidə aktları 18 saylı dairədə seçkilərin total saxtakarlıq şərayində keçdiyini təsdiq edir. Biz dairədə mütəşəkkil müşahidə şəbəkəsi yarada bilmişdik və bu şəbəkə müdhiş faktlar ortaya qoya bildi. Rasim müəllim bizim dairədə müxalifətin namizədi olan Əhməd Orucun simasında müxalifətin guya zəif təbliğat apardığını və buna görə də parlamentə keçə bilmədiyini əsaslandırmağa çalışır. Ancaq mən əminliklə deyirəm və bunu istənilən səviyyədə sübut edə bilərəm ki, Əhməd Orucov bu seçkilərdə Rasim Musabəyovdan çox səs aldı. Əgər söhbət real səsdən gedirsə. Bəlkə doğrudan da Rasim muəllim belə hesab edir ki, total saxtakarlığın nəticəsi kimi adına yazılan 8434 səsi o, həqiqətən dairə seçicilərinə dəxli olmayan hər iki rayonun büdcə təşkilatları işçiləri ilə keçirdiyi “uğurlu” görüşlərin nəticəsi kimi alıbdır.

- Rasim müəllim sual edir: necə sübut edə bilərlər, faktlar varsa sübut etsinlər...

- Bilirsiniz, qalib kimi nəyi, hansı şəraitdə və hansı siyasi şərtlər daxilində sübut etmək istəyirsən?! Məsələ burasındadır ki, şəxsən Rasim Musabəyov özü heç bir saxtakarlıq etməyib. Bunu onu deputat keçirmək istəyən hakimiyyət və onun rayon şəbəkələri edib. O ki, qaldı saxtakarlığın təsdiqinə, bunun üçün heç bizim müşahidəçilərin tərtib etdiyi aktlara yox, MSK-nın dairənin 31 saylı məntəqəsində səsvermənin yekun rəqəmlərinə bəyan edən rəsmi sənədinə diqqətlə baxmaq lazımdır. Axı bu seçki şəhərdə keçirilir. Neçə olur ki, R.Musabəyov xarici müşahidəçilərin nəzarətində olan 1-ci məntəqədə 1477 seçicidən 12-sinin (C.Həsənli 177 səs) və 6-cı məntəqəsində 1443 seçicidən yenə vur-tut 12 seçicinin (C.Həsənli 58 səs) səsini alır, amma hökumətin nəzarətində olan qapalı 30-cu məntəqəsində 1415 seçicidən 932 səs (C.Həsənli 60 səs) alır. Əminliklə deyirəm ki, istisnasiz olaraq bütün məntəqələrdə R.Musabəyovun 1-ci və 6-cı məntəqələrdə olduğu kimi 12, ən yaxşı halda 15 səsi var idi. Hətta 6-cı məntəqədə xarici müşahidəçilər gedəndən sonra tamamilə fərqli protokol tərtib etsələr də, sonradan nə fikirləşdilərsə dairədə ikinci protokolu ortaya çıxarmadılar. Məsələn, 9-cu dairə 1-ci dairə ilə eyni məktəbdə yerləşir və eyni yaşayış məntəqəsini əhatə edirdi. Yəni küçənin sağ tərəfi 1-ci məntəqədə, sol tərəfi isə 9-cu məntəqədə səs verirdi. Necə olar ki, eyni küçənin sağında yaşayan seçicilərin vur-tut 12-nin səsini ala bilir, solunda yaşayanların isə 289-nun səsini alır. Mən kütləvi hal alan bəzi pozuntulara toxunmuram, lakin yenə xarici müşahidəçilər tərəfindən qeydə alınmış bir pozuntuya diqqəti yönəltmək istəyirəm. Məsələn, dairənin 15 saylı məntəqəsində doğrudan da xarici müşahidəçilər qutuda 560 ədəd əlavə bülletenin şahidi olublar. Onlar məntəqə sədrindən xahiş ediblər ki, indi seçicilərin vəsiqə nömrələri yazılan və özlərinin imza adtıqları seçici vərəqləri ilə tanış olmaq istəyirlər. İtaliyadan gəlmiş parlamentarilər nəyin şahidi olsalar yaxşıdır: imza vərəqində 293 imza var. Həttə xarici müşahidəçilər gedəndən sonra 293 (əgər bu rəqəm özü də doğrudursa) seçicinin iştirak etdiyi bu məntəqədə R.Musabəyova 379 səs yazıblar. Yaxud götürək 37 saylı məktəbdə (direktor və məntəqə sədri elmlər namizədi İkram Əliyevdir) 200 seçici səsvermədə iştirak edib. Əvvəlcə, bülletenlərin böyük əksəriyyətin R.Musabəyovun adına oxuyublar. Bizim müşahidəcilər bülletenlərlə tanış olduqda məlum olub ki, bu 200 səsin 190 mənə verilib və mənə səs verilən bülletenlərin 90 ədədini “səhvən” Musabəyovun səslərinin içərisinə qoyublar. Bu “səhv” haqqında məntəqədə olan bütün müşahidəçilərin iştirakı ilə akt tərtib olunub. Niyə maraqlanan yoxdur ki, dairənin 10-cu məntəqəsində bizim müşahidəçilərın hamisı birdən-birə başgicəllənməsi, ürək bulanması və qarın ağrısına düşdülər? Tələbəlik illərində universitetdə mənimlə tenis oynamış məntəqə sədri Mənsurə xanımın lütfkarlığı ilə məntəqədəki müşahidəçilərə çay verilmiş və çaylarına dərman qatılmışdı. Hətta buna baxmayaraq, vəziyyəti operativ şəkildə yoluna qoyduğumuzdan Rasim müəllim həmin məntəqədə məndən az səs almışdı. Rəsmi nəticələrə görə 143 səs ona yazılmışdı. 148 səs isə mən almışdım. Məncə, Rasim müəllim kifayət qədər səviyyəli adamdır və bu faktlar onda saxtakarlığın miqyası haqqında təsəvvür yarada bilər.

- Cəmil müəllim sizin dairədə “karusel” oldumu?

- Düzünü deyim ki, “karusel”in olacağın gözləmirdim. Çünkü hakimiyyətin bütün imkanlarını Nərimanov dairəsindən YAP-ın icra katibi üçün səfərbər edəcəyi gözlənilirdi. Lakin bizdə “karusel” barədə deyil, ayrı məsələlər barədə məlumatlar var idi. Noyabrın 6-sı axşamı 18 saylı Nərimanov-Nizami dairəsində, Nərimanov ərazisinə düşən məntəqələrdən ikisinin komissiya üzvülərindən və Nizami ərazisinə düşən üç komissiya üzvülərindən maraqlı məlumat gəldi. Ki, icra orqanları tərəfindən seçkini hakimiyyət nümayəndəsinin xeyrinə saxtalaşdırmaq üçün məntəqə komissiyasının sədrlərinə 300, üzvülərinin isə hər birinə 200 manat pul verilib. Düzü, mən bu məlumatlara inanmaq istəmədim. Lakin ayın 7-də səliqəsiz geyimlərinin altında hakimiyyətin namizədi üçün xətlənmiş bülletenlər gizlətmiş müəllimələrin donlarından qəflətən həmən bülletenlər yerə töküləndə və bu mənzərə aktlaşdırılanda istər-istəməz fikirləşirsən ki, bu “fədakarlıqlar” ancaq icra orqanlarının tapşırığı ilə ola bilməz. “Karusel”ə gəldikdə isə yalnız bir neçə əməliyyatı “uğurla” həyata keçirəndən sonra bəlli oldu ki, Lokamativ deposunun bir qrup işçisindən “karusel” əməliyyatında istifadə edilir. Zəngilan qaçqınlar isə dairə ərazisində ilk “əməliyyat” zamanı tutulub zərərsizləşdirildilər. Lakin “karusel”lə bağlı ən dəhşətli hadisə məhz bu dairədə baş verdi. Bu, məni sadəcə olaraq həyəcanlandırdı.

- Nə baş verdi ki?

- Bilirsiniz, Gözdən Əlillər Cəmiyyəti bu dairənin ərazisində yerləşir və həmin adamlar da məhz kompakt şəkildə cəmiyyətin ətrafında yaşayırlar. Bizə məlumat çatdı ki, cəmiyyətin sədri Səmyar Abdullayev tərəfindən yönləndirilən gözdən əlillərdən ibarət 8-10 nəfərdən ibarət “karusel” qrupu fəaliyyət göstərir. Özü də bu şikəst adamları öyrədirlər ki, soruşan olsa, deyin Cəmil Həsənliyə səs veririk. Kaş biz bu məlumatı yoxlamayaydıq. Bunlar nəzarət altına alınanda məlum oldu ki, bu 8-10 nəfər hər 30-40 dəqiqədən bir məntəqəyə girib hakimiyyətin namizədinə səs verirlər.

- Nədən məlum oldu ki, məhz hakimiyyətin namizədinə səs veriblər? Bəlkə elə doğrudan da Sizə səs veriblər.

- Bu ayrı bir hekayətdir. Birincisi, axı onlar ətrafı yaxşı görmürlər. Bu tapşırıq məntəqə yaxınlığında onlara veriləndə müvafiq formada qeydə alınıb. İkincisi, onların öz əlifbaları ilə yazılmış vərəqdə xüsusi səsvermə mexanizmi var. Həmin kağızlarda 7 namizədin qarşısında 7 dəlik var və nədənsə onlara verilən xüsusi trafaretdə məhz 6-cı namizədin qarşısında işarə qoyulub. Onlara verilən tapşırıqları özündə əks etdirən həmin trafaretlərin bir neçəsi bizim müşahidəçilər tərəfindən götürülüb və aktlaşdırılıb. Kim istəsə, tanış ola bilər. Şikəst adamları bu iyrənc işə cəlb edən rayon icra orqanlarının başçıları hansı mənəviyyatın daşıyıcıları olduğunu nümayiş etdirdilər.

- Sizin məntəqədə bu faktların şahidi olan ATƏT müşahidəçiləri seçki ilə bağlı niyə belə “yüngül” rəy verdilər?

- Əslində ATƏT-in yazılı açıqlaması kifayət qədər ciddidir. Orada müşahidə aparılan məntəqələrin 1/3-də kobud saxtakarlıq olduğu qeyd olunub. Amma mətbut konfransı çox rüsvayçı keçdi. ATƏT sadəcə özünün rəhbər tutduğu demokratik prinsipləri gözdən saldı. Tez-tez müsbət hal kimi vurğulanır ki, seçkilər sülh şəraitində keçdi. Yalnız jurnalistlərin ciddi müdaxilələrindən sonra etiraf edildi ki, bu seçkilər demokratiyanı irəlilətməyib. Bunun özü də mücərrəd ifadədir. Yalnız bizim təmsil olunduğumuz 18-ci dairədə öz müşahidəçilərinin və bizim dörd namizədin nümayəndələrinin aktlarını araşdırsalar, onda görərlər ki, Azərbaycanda demokratiyaya necə ağır zərbə vurulub və demokratiya deyilən məfhum bizim ölkəmizdə necə “urod” vəziyyətə salınıb. 7 noyabr seçkilərindən 10 gün əvvəl seçkini müşahidə edəçək beynəlxalq təşkilatlardan biri parlament seçkilərinin nəylə nəticələnəcəyi barədə mənim rəyimi soruşdu. Mən onlara 125 deputat yerinə kimlərin seçiləcəyi barədə siyahi verdim. 2 yer istisna olmaqla 123 dairədə həmin adamlar seçildi. İndi ATƏT utanıb-qızarmadan mətbuat konfransında seçkilər baradə “demokratiya” ifadəsin müzakirəyə gətirir. Həmin ifadə Azərbaycanda çoxdan dəfn edilib. Ona görə total saxtakarlıq şəraitində keçən 7 noyabr seçkilərinin nəticələrinə əsaslı şəkildə yenidən baxılmalıdır. Söhbət bir-iki dairədən getmir.

- Amma ATƏT-in ilk açıqlamasından fərqli olaraq ABŞ Dövlət Departamentinin rəyi kifayət qədər sərtdir. Onlar günahkarların cəzalandırılmasını tələb edirlər. Sizcə kimdir günahkar?

- Mücərrəd mənada cəmiyyətin bu günə düşməsi üçün biz hamımız günahkarıq. Lakin MSK-da, DSK-da və məntəqələrdə günhkar axtarmaq sadəlövhlükdür. Bir tikə çörəyinin əsiri olan, şəxsiyyətini uşaqlarının çörəyinə qurban vermək məcburiyyəti qarşısında qalan sadə müəllimin, həkimin, məmurun nə günahı var?! Seçkiləri sistem keçirir və bütün məsuliyyəti hakimiyyət daşıyır.

Natiq CAVADLI

Oxunub: 257 dəfə.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием