Показать сообщение отдельно
Старый 23.09.2010, 16:12   #530
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Natiq Ceferli Посмотреть сообщение
Siyasəti məzhəkəyə döndərməyin!

23 сентября 2010 11:02

Bu gün Yeni Musavat qəzetində, özlərini ikinci iqtidar partiyası adlandıran Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadənin reportajı çap olunub. Gəlin bu insanın fikirlərinə, düşüncələrinə bir nəzər salaq:

“DADP belə bir şüarla ortalığa çıxıb: ”Yolumuz haqq yoludur, Heydər Əliyev yoludur, millət yoludur». Biz Heydər Əliyevin ideyalarını öz ideyalarımız kimi qəbul edib, onu lider kimi qəbul etmişik. Həmişə də demişik ki, Heydər Əliyevə sadiq olan adamlarla hər zaman birgə addımlayacağıq. Eyni zamanda biz Məhəmməd Əmin Rəsulzadə yolunu da ideya kimi qəbul etmişik. Bizim partiyada ona qarşı heç kim mənfi münasibətdə ola bilməz. Həmçinin DADP-də Əbülfəz Elçibəyə də sayqı-sevgi var. Onun da ideyalarını qəbul edirik. Biz hətta nərimanovçuları da qəbul edirik”.

Özünü sayasətçi adlandıran bu insan sonra davam edir:

“Biz Heydər Əliyev ocağına söykənərək fəaliyyət göstəririk. Həmçinin, İlham Əliyevi liderimiz elan etmişik, prezident seçkilərində də onun namizədliyini irəli sürdük, lazımi səviyyədə də öz gücümüz çərçivəsində təbliğat işləri apardıq. Biz bu ocağa söykənərək bir addım irəli gedəndə kimlərsə qarşıdurmalar yaradıb bizi zəif salmaq istəyir. Bu, bəzi insanların təxəyyülünün məhsuludur. Səmimi olaraq etiraf edim ki, Mənim Paşayevlərə sevgim, sayqım var. Sayqıya, sevgiyə görə insanı asıb öldürmürlər ki? Mənim əqidəm budur”.

Bu “siyasətçi” anlamır ki, əqidə şəxsiyyətlər, adlar üzərində olmaz, olarsa bu faşizmə, bolşevizmə, diktaturaya gətirib çıxarır. Bunu tarıx dəfələrlə sübut edib. Əqidə inandığın prinsiplərdən formalaşır. Məmməd müəllim sağ, sol, mərkəzçi, milliyətçi, konservator, diktator olan bir sıra insanların adlarını çəkərək, bunların yolu ilə getdiyini deyir, və bunun adını əqidə qoyur. Yazıqlar olsun.

Siyasəti məzhəkəyə, klounadaya çevirməklə, özü də bunun üçün belə insanlardan istifadə etməklə, sistem, hakimiyyət, siyasi prosesləri gözdən salır, aşağılayır, insanların siyasətə onsuzda qırılan inamlarını bir daha sarsıdır. Bu sistem əvvəl millət anlayışını yox etdi, indi isə xalq məhvumunu öldürməklə, özü də siyasəti komediyaya çevirərək öldürməklə məşğuldur…
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума