Показать сообщение отдельно
Старый 20.09.2010, 16:37   #105
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Bəxtiyar Hacıyev GENC NAMWZEDLER

7 noyabr 2010-cu il Milli Məclis seçkilərində 17 saylı Yasamal 3-cü dairəsindən namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyev seçki texnologiyalarının tətbiqi, siyasi mesajın formalaşdırılması, dairə seçicilərinin statistik analizi və digər məsələlərlə bağlı mərkəzi ABŞ-da yerləşən FullStop Konsaltinq şirkəti ilə çalışacaq.

Şirkət seçki texnologiyaları sahəsində tanınmış ABŞ-ın nüfuzlu Arthur J. Finkelstein and Associates ilə tərəfdaş qismində çalışır. Bu günə qədər şirkətin çalışdığı şəxslər arasında ABŞ prezidentləri R.Reyqan, R.Nikson, Rumıniya, Bolqarıstan, Kosovo, İsrail, Ukrayna, Avstriyada baş nazirləri, deputatları, şəhər merləri olmuşdur və şirkət onların seçki kampaniyalarında siyasi konsultinq xidməti göstərmişdir.

Bəxtiyar Hacıyev siyasi proseslərə qoşulmuş hər bir şəxsin daha professional qurumlarla çalışmasını vacib sayır. Onun dediyinə görə, siyasətçinin niyyəti təmiz, mesajı faydalı, məqsədi aydın ola bilər, lakin o bunu seçicilərinə necə çatdırmağı bilmirsə, seçicilərin ehtiyacları ilə özünün mesajını necə formalaşdırmalı olduğunu bilmirsə, qələbə şanslarını azalda, dolayısı ilə seçicilərinə xidmət şansını itirə bilər.

Bəxtiyar Hacıyevin seçkilərə hazırlıq saytı ilə www.bakhtiyar.info ünvanında tanış ola bilərsiniz.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
Xan (28.09.2010)