Показать сообщение отдельно
Старый 16.09.2010, 10:25   #466
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Absurd seçki qaydaları…

16 сентября 2010 09:20


“Parlament seçkilərində bütün namizədlərə təşviqat aparmaq üçün lazımi şərait yaradılacaq”. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, namizədlər yalnız onlar üçün ayrılan ünvanlarda təşviqat aparmalıdır.
“Hər bir dairənin ərazisində namizədlərin öz seçiciləri ilə görüşləri üçün, həmçinin onların seçki qabağı platformalarının seçicilərin diqqətlərini cəlb etməsi üçün həm açıq havada, həm də qapalı binalarda ünvanlar müəyyənləşdirilib. Əvvəlcədən o dairələrdə ünvanlar açılacaq. Bütün namizədlər sözügedən tədbirləri ancaq o ünvanlarda həyata keçirə biləcəklər. Qalan məsələlərə bunun dəxli yoxdur”, - deyə Məzahir Pənahov əlavə edib.
Məzahir müəllimin nə seçki haqqında, nə də seçki prosesinın qaydaları haqqında təsəvvürü yoxdur, ya da, həmişəki kimi, sistem Məzahir müəllimin dili ilə yenə bizləri, vətəndaşları, seçiciləri və adayları ələ salır. Absurd haldır ki, bu sistem, bu hakimiyyət seçki görüntüsü belə yaratmaq istəmir, ağla, məntiqə sığmayan qaydalar fikirləşir. Təsəvvür edin ki, bir neçə binada kompakt yaşayan seçicilərə yaxın bir yerdə görüş üçün yer ayrılmayıbsa, mən onlara deməliyəm ki, minin avtobusa, gəlin filan ünvana, mən orada sizə platformamı anlatacam. Gülünc deyilmi? Mənə, bir seçici kimi bu tipli müraciət edən adaya, mən səs vermərəm. Ona görə də, öz seçicilərimə hörmət əlaməti olaraq, onlarla yaşadıqları ünvanlarda görüşəcəm, həm də bu tipli absurd uyğulamalara son qoymaq üçün, etiraz bildirmək üçün…
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума