Показать сообщение отдельно
Старый 22.07.2010, 16:46   #433
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Hakimiyyətin inkişaf alqısı…

22 июля 2010 09:30


Bu hakimiyyətin inkifav haqqında düzgün olmayan, məntiqə sığmayan sözlərini çox eşitmişik. Demək olar ki bütün məmurlar və hakimiyyət nümayəndələri ölkədə baş verən hadisələr haqqında danışanda eyni sözlərdən və arqumentlərdən istifadə edirlər.


Siz onlara təhsildə olan problemlərdən danışırsız, onlar sizə tikilən və təmir olunan məktəblər haqqında olan rəqəmləri deyirlər, siz onlara səhiyə sahəsində olan vəziyyətdən gileylənirsiz, onlar sizə təmir olunan, yeni tikilən xəstəxanaları sadalayırlar, siz onlara ədliyyə sahəsində olan özbaşnalıqlardan söhbət açırsız, onlar sizə yeni tikilən məhkəmə binalarını göstərirlər, siz onlara təqaüdçülərin və böyük əksəriyyət insanların pis olan maddi durumundan bəhs edirsiz, onlar sizə «novostroykaları» və bahalı maşınları göstərərək, sözlərinizi yalanlamağa çalışırlar. Bu hal mətbuatda da belədir, siz onlara ölkədə azad sözün olmadığını deyirsiz, onlar isə sizə «respublikada 1500 qəzet çıxır» deyərək, bunu azadlıq göztəricisi kimi qələmə verirlər.


Bütün bunlar onu göstərir ki, hakimiyyətin inkişaf və keyfiyyət dəyişilikləri haqqında olan təsəffürləri kəmiyyət göstəricilərindən o yana getməyib. Onlar buna səmimi olaraq inanirlar, və bu da heç təəcüblü deyil, çünki, onların beyinləri kəmiyyəti ön plana çıxaran sovet-kommunist düşüncə tərzi üzərinə köklənib, onlardan başqa türlü düşüncə məhsulu gözləmək, ən azı, sadəlövlükdür.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума