Показать сообщение отдельно
Старый 20.07.2010, 10:58   #2
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 70
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Dahi Lütfizadədən inciməyin!

20 July 2010

Camaat, dahi Lütfizadədən inciməyin! İnsanlığın əsl, həqiqi, gerçək və müdrik öndərlərindən olan bu böyük şəxsin bu günlərdə dediyinin mənası sadəcə odur ki, İlham Əliyevin niyyəti xoşdur və, ən əsası, o, ölkəni bacardığı kimi idarə edir. Rejimin yüngülçəkili söyücülərinin böyük hissəsi isə beş-altı il öncə İlhamı az qala sevirdilər və ona səs vermişdilər! Digər tərəfdən, rejimin 1993-dən bəri elə dar zehnli tənqidçiləri var ki, adam onları düşünəndə ya bu ölkədən baş götürüb qaçır, ya da “mına da şükür” deyib şaha itaət edir, ya da ümidsiz görünən dava açır.
Qayıdaq Lütfizadəyə. Yəqin bilirsiz, Amerikada ötən əsrin əvvəllərində barlarda pianoçunun başı üstündə lövhə qoyurdular: “Atəş açmayın, bacardığı kimi çalır”. Mən də o fikri həyat qabiliyyətli sayıram ki, İlham Əliyevin niyyəti yaxşıdır və ölkəni bacardığı kimi idarə edir. Ancaq hətta belə isə, ölkədə ədalətin hökm sürdüyü haqda və ya heç olmasa ədalətli quruluşa doğru getməyimiz haqda burada yaşayan insanlarda möhkəm inam yaratmaq işi onda alınmır.
Çünki inamı sözlər və anekdotlaşan “quruculuq fəaliyyəti” yaratmayacaq. Vətəndaşlar 300-500 nəfərlik məhkəmə heyətinə “adam kimi işləyin” deyə bilməyən dövlət başçısı haqda nə düşünsün? Söhbət axı kütləvi cəzadan getmir! 20-30 hakimin nümunəsində hamı görsə ki, niyyət sadəcə yaxşı deyil, həm də ciddidir, bir gün içində məhkəməmiz 100 ilin yolunu keçər.
Vergidə nə qədər qaniçən işləyir? Olsun iki min. İş adamlarına nədən işgəncə verirlər? 10-15-20 minlik daimi rüşvətlərdən yaranan parallel vergi sistemi neftlə zəngin ölkənin nəyinə lazım?
Gömrük. Eyni. Qiyməti nisbətən yüksək olan idxalı heç demirəm – adi hava limananda “yaşıl xətti” sərbəst keçməyə imkan verməyən gömrük cındırlığına görəmi insanlar İlham Əliyevin dövlətini bəyənməlidirlər?
Sahələrin adını bir-bir çəksəm, uzunçuluq olar.
Bütün bunların fonunda İlham Əliyev şəxsən zənginləşir. Düzdür, vətəndaşımız da 10 il əvvəlkindən daha varlıdır, amma bu varlanmanın kökdə sağlam olmadığını anlayan ağıl və iqtisadi bilik sahiblərinin gözündə İlham Əliyev necə yüksələ bilər?!
Başa düşürəm, lap bəd ayaqda, rejim tərəfdarları deyə bilər ki, Azərbaycan birdən-birə çox səliqəli siyasi və iqtisadi sistemə malik dövlət kimi özünün təsdiq eləsə, Güney Azərbaycan üçün bayrağa çevriləcək və onda Tehran rejimi biz bilmədən bizə qarşı təxribatlara başlayacaq. Rusiya da belə. Amma axı siyasətçini böyük edən onun yeni, daha mürəkkəb problemlərə cavab vermək qabiliyyətidir! Onlardan qorxan daim keçmişdə qalacaq.
Lütfizadənin azadlığa baxışında müdriklik vardır. İndi iyuldu – Qırğızstanda Bakiyevi apreldə vəzifədən atanda, bəzi “müxalif” siyasilərimiz deyirdi ki, biz də elə hadisələr istəyirik. Zövq alırdılar hələ ardını öncədən görmədikləri işlərdən. Onda bağırırdım ki, ay “ağıllı” insanlar, gözləyin, Qırğızstan millət deyil, bizə örnək ola bilməz. Sonra orada bir milyon qaçqın əmələ gəldi, iki min dinc sakin öldürüldü. Daha o siyasilərimizin bu haqda səsi də çıxmır!!! Görək, hansı birisini bu qısa düşüncələrinə görə məsuliyətə çəkə bilərsiz? Hər nə, narıncı idiotlarımızın başına soyuq intellekt duşu yağdırdığına görə Lütfizadəyə təşəkkür edirəm.
Eyni zamanda, alim Lütfizadə “onun fırlandığını” hamımızdan yaxşı anlayır. Lütfiadə sadəcə böyük və müdrikdir. 1980-1990-lardakı milli azadlıq hərəkatımızın başçıları doğru və dəyərli işlərilə yanaşı, çox daha təcrübəli olan Ziya Bünyadovu, Zərdüşt Əlizadəni qaraguruhçuluğa salıb onların dediklərində olan bəzi əhəmiyyətli fikirlərin xalqa çatmasının qarşısını aldılar, nəticədə millətimiz ciddi faciələrlə üzləşdi. Ona görə indi də marginal narıncguruhçulara imkan vermək olmaz ki, Lütfizadənin sözündəki müdrik notları xalqa başqa cür təqdim eləsinlər.

http://cumhuriyetci.biz/?p=1694
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием