Показать сообщение отдельно
Старый 15.07.2010, 12:00   #2240
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

VALİDEYNLƏRİ AD GÜNÜNDƏ MƏHBUS BLOGGERLƏ GÖRÜŞDÜ
Hikmət Hacızadə: “Adnan möhkəmdir, optimistdir, çöldəkilərə salamı var...”

Xəbər verdiyimiz kimi, məhbus blogger Adnan Hacızadənin valideynləri dünən onunla görüşməli idilər. Dünən həm də Adnanın ad günü idi. Onun 27 yaşı tamam oldu. Öyrəndik ki, ziyarət artıq baş tutub. Bloggerin atası, politoloq Hikmət Hacızadənin sözlərinə görə, övladlarının səhhətində heç bir problem yoxdur: “Özünü yaxşı hiss edir. Hamıya salamlarını göndərdi. Adnan möhkəmdir, optimistdir”.

Lakin bloggerin ad gününü təbrik etmək istəyən dostlara yenə də görüş verilməyib. Politoloqun dediyinə görə, Adnana ən çox sevdiyi ev yeməkləri aparıblar: “O da öz məhbus dostları ilə ad gününü qeyd etməli oldu”.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием