Показать сообщение отдельно
Старый 13.07.2010, 11:31   #432
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Etirazın və azad sözün gücü….


13 июля 2010 10:02

İndicə maraqlı bir məlumat oxudum:

Gürcüstanın Tsnori rayonunda yerli sakinlər «SOCAR Georgia Gas»ın qərarından narazılıq edib. Gürcüstanın Tsnori rayonunda ARDNŞ-in Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Gas”a qarşı etiraz aksiyası keçirilib. Yerli əhali yeni qaz sayğaclarının quraşdırılması üçün tələb olunan məbləğdən narazılıq edib. Qeyd edək ki, burada “SOCAR Georgia Gas” hər bir sayğacın quraşdırılması üçün 140 lari (100 dollar – 184 lari) qiymət müəyyənləşdirib.

Gürcüstan mətbuatında yer alan xəbərə görə, yeni sayğacların quraşdırılacağı ilə bağlı yerli sakinləri “SOCAR Georgia Gas”ın əməkdaşları xəbərdar edib. Lakin bu məlumat KİV tərəfindən yayıldıqdan sonra şirkət nümayəndələri əhali üçün sayğacların pulsuz quraşdırılacağını bəyan edib.


Millət, görürsünüzmü etirazın və azad mətbuatın gücünü? Görürsünüzmü demoktatiyanın üstünlüyünü? Bax bunun üçün mübarizə aparmaq, və aktiv olmaq lazımdır, bunun üçün etiraz etməyi bacarmaq lazımdır ki, sənin səsini duysunlar, səndən qorxsunlar, sənin fikrinin, mövqeyinin həlledici olduğunu bilsinlər. Onda həm sənin problemlərini həll edəcəklər, həm pulun cibində qalacaq, həm də qazın, işığın, suyun vaxtlı-vaxtında, keyfiyyətli şəkildə evlərinə yetişəcək. Demokratiyanın, qanunun aliliyinin üstünlüyü budur. Millət, heç olmasa, cibinə, və can rahatlığına görə, söz azadlığını, etiraz hüququnu dəstəklə!

Bu həmin SOKAR-dı ki, burada, Azərbaycanda istədiyini edir və həmin qaz sayğaclarını istədiyi qiymətə satır, istəyəndə qazı kəsir, istəyənda verir, partlayışlar və yanğınlar olur, bu hadisələrə də məsuliyyət daşımır, hesab vermir. Amma Gürcüstanda, etiraz və azad mətbuatla qarşılaşanda, təziq görəndə, geri çəkilir, qanunlara uymağa başlayır. Fərq budur!


http://natiqceferli.blog.ru/94279507.html
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума