Показать сообщение отдельно
Старый 03.07.2010, 04:52   #8
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 117
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

Стрелка Кулинарный флуд

Kəmaləddin Heydərovun ayısını yedilər

http://azadliq.info/bash_yazi/1900.html

2010-07-02 Seyid

Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manata «fövqəlnazir»in restoranındakı ayını kəsdirərək kabab bişirtdirib

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun sərgüzəştləri barədə yeni məlumatlar əldə etmişik.
Keçmiş dəmiryolçu Rəhim Hüseynovun “Azadlıq”a bildirdiyinə görə, mayın 28-də Anar Məmmədov Qəbələ rayonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus restoranların birində olub. Nazirin oğlu restorana “yaxşı vəziyyət”də gəlibmiş. Restoranın xidmətçiləri başının dəstəsilə masaların birində əyləşən Anar Məmmədova yaxınlaşaraq nə sifariş edəcəyini soruşublar. Nazir oğlu restoranın həyətində qəfəsdə saxlanılan ayının kəsilərək kabab edilməsini istədiyini deyib. Restoranın xidmətçiləri “o ayı kəsilmək üçün deyil” desələr də xeyri olmayıb. Anar Məmmədov israr edib ki, məhz həmin ayı kəsilməli və onun üçün kabab hazırlanmalıdır. Ofisiantlar müştərinin sifarişini restoran rəhbərliyinə çatdırıblar. Restoranın rəhbərliyi Anar Məmmədovla xeyli söhbət edib onu fikrindən daşındırmağa çalışsa da, nazir oğlu bir ayağını iki başmağa dirəyib ki, ayı kəsilməlidir. Restoran rəhbərliyi Anar Məmmədovu tanıdığından nə onu obyektdən qova, nə də polis çağıra bilib. Əlacsız qalıb nazir oğluna ayının 1 milyon manata olduğunu deyiblər. Anar Məmmədovun cavabı isə belə olub: “puluma minnət, siz kəsin”. Restoranın rəhbərliyi nazir oğlunun əl çəkmədiyini görüb fövqəladə hallar naziri Kəmaləddin Heydərova zəng vuraraq baş verənləri onun diqqətinə çatdırıblar və “fövqəlnazir”dən nə etməli olduqlarını soruşublar. Kəmaləddin Heydərovun cavabı qısa olub: “Kəsin, yesin”. Bundan sonra ayını kəsərək ətindən kabab bişirib Anar Məmmədova veriblər. Nazir oğlu səhərə qədər restoranda ayını kəsdirməsilə fəxr edib. Səhər isə Anar Məmmədovdan ayının pulu tələb edilib. Nazir oğlu 1 milyonu ödəyəndən sonra ona deyiblər ki, ayını kəsdirdiyi üçün cərimə də verməlidir. Anar Məmmədovun isə Kəmaləddin Heydərovun adamları ilə pul davası eləməyə halı olmayıb. Nazirin oğlunun kefi həmin vaxt “ala buludda gəzirmiş”. Anar Məmmədovun vəziyyəti o qədər “yaxşı” olub ki, onu Qəbələdən Bakıya helikopterlə gətiriblər.
Rəhim Hüseynov deyir ki, dəmiryolçular aylarla maaş ala bilmir, amma Ziya Məmmədovun oğlu 1 milyon manata ayı kababı yeyir: “Ziya Məmmədovun oğlu bizim pullarımızla kef eləyir. Amma dəmiryolçular çörək almağa pul tapmır”.
Rəhim Hüseynov onu da bildirib ki, ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfər edən gün işdən çıxarılan dəmiryolçular Amerika səfirliyinin qarşısında oturaq aksiya keçirməyi planlaşdırır.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием