Показать сообщение отдельно
Старый 25.06.2010, 16:00   #677
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Natiq Ceferli Посмотреть сообщение
Очень опасная игра идет по сценарию Кремля, цель армян очевидно для меня, и не только для меня, вот мнение Миркадырова:
И Вафа Гулузаде думает точно так же:

Цитата:

“Cəbhə xəttində baş verən son hadisələr Azərbaycanla Amerika arasında əlaqələrin düzəlməsinə Rusiyanın reaksiyasıdır. Rusiya bununla Azərbaycana əsgəri təzyiq göstərir, ölkəmizi hədələyir”. Politoloq Vəfa Quluzadə bu fikirləri Azərbaycan - Ermənistan cəbhə xəttində tələfatla nəticələnən son hadisələri şərh edərkən söylədi. Ekspert sovet ədəbiyyatından məşhur olan “Atan kazaklardır” ifadəsini xatırladıb son olayları da Rusiyanın təxribatı kimi dəyərləndirdi: “Məsələ ondadır ki, Azərbaycan və Amerika arasında müəyyən anlaşılmazlıqlar əmələ gələndə Rusiya çox məmnun idi. Ümid edirdi ki, bu, sonadək davam edəcək. Amma Azərbaycanla Amerika əlaqələri düzəldi. ABŞ müdafiə naziri bura gəldi, indi də Hillari Klinton gəlir”. V.Quluzadə cəbhədəki gərginliyin Rusiyanın təşəbbüsü ilə Moskvada aparılan Qarabağ danışıqları ərəfəsində və ondan sonra artmasını da şərh etdi: “Məsələ ondadır ki, Rusiya heç də danışıqlarda təşəbbüsü əlinə almayıb. Moskva sadəcə Qarabağ qıfılını əlinə alıb möhkəm saxlayıb ki, birdən kimsə bu düyünü aça bilər. Çünki Rusiya çox israrlı surətdə sülhün əldə olunmamasına çalışır. O səbəbdən də imitasiya edir. Rusiya gərək utansın ki, indiyədək nəticəsiz başa çatan çoxsaylı görüş keçirib. O boyda böyük imperiya, dünyanın altıda birini təşkil edən nüvə silahlı dövlət özü yaratdığı problemi həll edə bilmir. Rusiya bununla öz avtoritetini aşağı salır. Nəyə görə Medvedyevlə görüşdə, Moskvadakı danışıqlarda heç bir nəticə əldə olunmadı?
Yaxud nəyə görə 94-cü ildən Rusiya vasitəçilik edir, hər hansı nəticə yoxdur? Həmin il İstanbul sammitində qərara alındı ki, Rusiya bölgənin açar dövləti olduğuna, başqa sözlə, münaqişəni yaratdığına görə qoy Moskva Minsk Qrupunda daimi həmsədr olsun. O vaxtdan bəri heç bir iş görməyib və bu, Rusiyanın imicinə böyük ləkə olmalıdır. Ya Rusiya bacarıqsız dövlətdir, ya da o özü bilərəkdən bütün imkanların qarşısını alır".
Cəbhədə baş verənlərin haradək inkişaf edəcəyinə gəldikdə, bununla bağlı ən müxtəlif proqnozlar səslənir. Hətta xarici ekspertlər müharibənin alovlana biləcəyini bəyan etməkdədirlər. Xaricdəki erməni diasporu isə müharibə alovlanacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi və NATÖ ölkələrini də əhatə edəcəyini iddia edib. V.Quluzadə də savaş ehtimalının yüksək olduğu qənaətindədir: “Biz yeni təcavüzə də məruz qala bilərik. Bizim frazeologiyalarımızdan istifadə edib yenidən hücuma keçə bilərlər. Ona görə də ordumuz düşmənin yeni hücumunu dəf etmək üçün gecə-gündüz hazır vəziyyətdə olmalıdır. Eyni zamanda müttəfiqlərlə çox ciddi iş aparmaq lazımdır ki, bizi müdafiə etsinlər”.
Bəzi müşahidəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliyin ABŞ-ın dövlət katibi xanım Klintonun səfəri ərəfəsində gərginləşməsini təsadüfi saymır. Hesab olunur ki, “rus barmağı” gərginlik yaratmaqla Azərbaycana ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulan yüksək rütbəli dövlət məmurunun səfərini əngəlləmək istəyir. Bu fikri bölüşən V.Quluzadə şübhə etmir ki, Rusiyanın bütün təxribatçı hərəkətlərinə baxmayaraq, ABŞ-ın dövlət katibi Azərbaycana səfər edəcək: “Amerika Azərbaycanda ciddi surətdə maraqlıdır. Vaşinqton Azərbaycanı Rusiyaya təhvil vermək niyyətində deyil və verməyəcək də”.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием