Показать сообщение отдельно
Старый 16.04.2010, 10:38   #22
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Манатов: 4,583
Банк: 0
Всего Манатов: 4,583
Отправить денежный перевод
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Scarlett Посмотреть сообщение
Allah rehmet elesin.

Он моложаво выглядел и по-моему даже не успел сыграть роль пожилых образов. Жаль, очень жаль... И так неожиданно.... Сайлент, в чем причина безвременной смерти?
İnfarkt.

Halbuki, ailə üzvlərinin dediyinə görə, ürəyindən şikayəti olmayıb, ümumiyyətlə, bu yaxınlarda keçdiyi tibbi müayinə onda ciddi və ya qeyri-ciddi xəstəlik əlamətləri aşkar etməyib.

İnfarkt qəfil pırtlayan nəticədir. Səbəb – DƏRD, total ədalətsizlik...

Telman BƏY Adıgözəlov (bu insan əsil bəyzadə ruhuna, zadəgan davranışına malik idi) şən, qayğısız göründüyü qədər də ciddi təbiətli, kişi mövqeli - haqqı nahaqdan, xeyri şərdən, düzü əyridən, mərdi nadandan seçən, yüksək mənəvi dəyərlərə sadiq, deməli, Azərbaycan reallıqlarında içində ağır DƏRD yükü daşıyan (gizlədən) İnsan idi... Bu daxili simasını aktyor kimliyi arxasında tamaşaçıdan gizlətməyi bacaran Telman bəy yükünü lüzumsuz yerə ortaya çıxarmağı da sevməzdi...

Aktyorlar, incəsənət xadimləri adətən dərdsiz, fikirsiz, laqeyd, başısoyuq insan təəssüratı oyadırlar. Bəzən adama elə gəlir ki, onlar üçün qırmızı xətt anlayışı mövcud deyil...

Bəziləri üçün həqiqətən də bütün xətlər çoxdan yuyulub, sərhədlər itib... Bəziləri üçünsə, zaman keçdikcə dəyərlərin qoruyucu bənd-xətti daha da qalınlaşıb, aşılmaz, keçilməz olub...

Təəssüf ki, real həyatda Telman bəyin real obrazının real dəyərini onu az-çox real tanıyanlar bildi...

Bəlkə də xalqımız qədirbiləndir, bəlkə, həqiqətən də böyük şəxsiyyətlərin əsil qiymətini TARİX verir... Bəlkə də...

Amma real olan odur ki, Azərbaycanın Xalq Artisti Telman Adıgözəlova vida mərasimi üçün teatrlarımızda, son mənzili üçün II Fəxri Xiyabanda yer tapılmadı...


Cılızlar nəhəngləri kiçiltməklə böyüyər ancaq...
__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
Dismiss (16.04.2010)