Показать сообщение отдельно
Старый 13.04.2010, 16:51   #2055
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Həbsdə olan gənc bloqçuların hüquqlarını müdafiə hərəkatının koordinatoru, hüquqşünas Erkin Qədirli “Media forum” saytına bildirib ki, Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilən Emin Millinin aparıldığı yer onun ailə üzvlərinin yaşadığı yerdən çox uzaqdır.

E.Qədirli qeyd edib ki, E.Millinin atası ağır xəstədir: “Onun atasının böyrəkləri yaxşı işləmir deyə həftədə üç dəfə qanın təmizlənməsi prosedurundan keçir. Anası da yaşlı qadındır, həyəcan və narahatlıq içindədir”.
E.Qədirli valideynlərinin E.Milliyə baş çəkməsinin çətin olacağını deyib: “Əslində qanunvericilikdə məhbusun yanına kimlərinsə getməsi üçün məhdudiyyət yoxdur. Dostları, tanışları da gedə bilər. Amma təcrübə göstərir ki, onların yanına daha çox valideynləri, ailə üzləri gedir. Yəqin ki, ailə üzvlərinin sovqatını Eminə onun dostları baş çəkib çatdırmalı, valideynlərinə övladlarından bir xəbər verməli olacaqlar”.

Ancaq hüquqşünas qeyd edib ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin valideynlərdən fərqli olaraq dostlarla görüşə müəyyən məhdudiyyətlər qoyması da mümkündür.

E.Qədirli E.Millinin həyat yoldaşının ABŞ-da magistr təhsili aldığını söyləyib: “Hazırda onun da gəlib-getmək imkanı məhduddur. Emin həbs olunandan cəmi iki dəfə Bakıya gələ bilib”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum”a açıqlamasında bildirib ki, E.Milli heç də uzağa göndərilməyib: “Qanunvericilikdə birbaşa göstərilmir ki, məhbus ailəyə yaxın yerdə saxlanmalıdır. Bəzi informasiya vasitələri qanunvericiliyi düzgün şərh etmir. Orda göstərilib ki, “bir qayda olaraq”. Həm də Salyan çox uzaq deyil ki... Bakıdan 100 kilometr aralıda yerləşir”.

E.Milli 5 saylı Cəzaçəkmə Müəssisəsinə aprelin 12-də göndərilib. Digər məhbus bloqçu Adnan Hacızadə aprelin 10-da Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

A.Hacızadə və E.Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında davadan sonra tutulublar. Gənclər Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Cəzaçəkmə müəssisəsinə göndərilənədək gənclər Bakı İstintaq Təcridxanasında saxlanılıblar.

«Media forum»
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием