Показать сообщение отдельно
Старый 15.03.2010, 18:27   #305
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Şahvələd Çobanoğlu


Son günlər haqlı olaraq Eynulla Fətullayevin cəsarətindən hər yerdə danışırlar və hamı onu bir-birinə örnək göstərir. Eynulla özünün, dostunun və ölkəsinin haqqı uğrunda mübarizədə necə cəsur olmağı bizlərə nümayiş etdirməklə, yaşadığımız zamanın ruhuna sahib olan qorxunu sarsıtdı. Böyük əksəriyyət susmağa üstünlük verəndə, mübarizənin mənasız olduğunu deyib kənara çəkiləndə, Eynulla həbsxanada da azadlıqda olduğu kimi özünün mübariz xarakterini ortaya qoydu.

Amma bir şeyi də demək yerinə düşər. Eynulla cəsur olduğu qədər də ağıllı və bacarıqlı bir adamdır. Onun necə qoçaq və bacarıqlı bir adam olduğunu çoxumuz gözlərimizlə görmüşük. O, hər gün səhərdən gecə yarısına kimi eyni şövqlə işləməyi bacaran bir adamdır. Yaxşı təşkilatçıdır. “Realnıy Azerbaycan” həftəlik qəzet idi. Axşam qaranlıq düşməmiş işi dayandırmaq yetərdi. Amma Eynulla gecə yarını keçənə kimi öz klaviaturasını tərk etmir, gündüz topladıqlarını yazardı.
Kifayət qədər mütaliəli olması, geniş məlumat bazası, ünsiyyət qurmaq bacarığı, bir neçə dil bilməsi öz işində ona unikallıq gətirir. Təhsili rusca alan Eynulla bir dəfə “Gündəlik Azərbaycana” köşə yazacağını dedi. Mən gözləyirdim ki, yazı ya tərcümə ediləcək, ya da onun dilini əməlli-başlı redaktə edəcəyəm. Amma yazının səlis dilinə heyrətimi gizlədə bilmədim.
Onun xarakterinin daha bir cəhəti də başqalarına örnək ola bilər. Ölkənin ən böyük tirajlı gündəlik nəşrinin sahibi və baş redaktoru idi. Amma o bu qəzetin işinə demək olar ki, əvvəldən axıracan qarışmadı, yalnız işimizə kömək edərdi – ehtiyacımız olanda yaxşı yazılarla, maddi-texniki problemləri həll etməklə. Redaksiyada hər kəs qəzetləri və Eynullanın yazılarını çəkinmədən təhlil edirdi, razılaşmadıqda tənqidlərini rəhbərliyin üzünə deyə bilirdi. Bizim hamımız kimi Eynulla da hərdən deyirdi ki, Natiq Cavadlının səsindən bu redaksiyadan qaçıb getmək istəyir. Amma heç kim ani və qışqırtılı etirazları yaşayan Natiq Cavadlını susdurmaq haqda düşünmürdü.
Hamı işdə baş redaktoru Eynulla deyə çağırırdı və bu yalnız ona hörmətdən, işdə yaxşı əməkdaşlıq və yaradıcılıq mühitinin olmasından doğurdu. Bir sözlə, Eynullanı təkcə cəsarətli adam kimi təqdim edərkən biz ona haqsızlıq etmiş olarıq. Belə bir adam bu gün haqsız olaraq türmədə oturmalı deyil, qurduğu işin başında olmalı idi. Zorla qapadıldığı gün onun rəhbərlik etdiyi media qrupunda 80 adam çalışırdısa, bu gün bəlkə də 5 dəfə daha çox adam işləyəcəkdi. Əvəzində, bu gün 3-cü yalançı ittihamla qondarma məhkəməyə hazırlaşır. Gülüş doğuran və ittihamçının özünü ittihama layiq edən bir ittihamla yenidən üz-üzədir.
Lakin Eynulla susmur. Indi o Akif Çovdarovun Elmarın qətli ilə bağlı etiraflar etməsini Ilham Əliyevə ünvanlayıb. Bu, həm də bir sualdır. Ilham Əliyev bu suala cavab verməlidir.

***
Bir qrup gənc ABŞ səfirliyinin qarşısında etiraz piketi keçirib. Gənclər iddia edir ki, Dövlət Departamentinin hesabatında narkomanların 30-35 faizinin Azərbaycanda təhsil alan tələbələr olması barədə səslənən fikirlər doğru deyil. Aksiyaçılar “Tələblərə böhtan atmayın!” kimi şüarlar səsləndirib. ABŞ səfirliyinin sözçüsü Terri Devidson isə maraqlı bir münasibət açıqlayıb. Deyib ki, bu aksiyadan sevinir: “Gənclərə azad toplaşmağa icazə verilməsini müsbət qiymətləndiririk.”
Belə sərt və usta cavabı şəxsən mən gözləmirdim. Bu o deməkdir ki, gedin əvvəlcə gənclərə adi vətəndaş hüquqlarını verin, sonra onların arasında narkomanları sayın və s.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием