Показать сообщение отдельно
Старый 15.03.2010, 16:06   #301
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

"Susmaq qızıldır" deyənlər,
Susmağınızdan qazananlardır.
Susduqca siz, olursunuz aciz.
Onlarsa qaz vurub, qazan dolduranlardır.

Tutalım ki, susmaq istəmədiz.
Danışmağı siz seçəcəksiz?
Nə danışmaq lazım olduğunu,
Hardan, bəs, biləcəksiz?

(Qədim yunanlara görə,
Dialektik düşüncəyə
Malik olur hər bir adam.
Bunu gərək sonra mən ayrıca araşdıram.)

İndisə gəlin qayıdaq
Nə danışmaq lazım olduğuna.
Sizə deyə bilərlər: "Ay, axmaq!
Sən kimsən ki, girirsən oyuna?

Səndən böyük adamların səsi heç çıxmır.
Hər birisi səndən də çox bilir, amma danışmır.
Danışanda da söyləyir ki, sabitlikdir.
Sabitliyin təməlində isə sakitlikdir.

Sən danışsan, pozulacaqdır sakitlik.
Qoy oturmuşuq da, yaratma çətinlik.
Sakit görmək lazımdır işləri.
Onda gedə bilərik, bəlkə, irəli."

İrəlidə olanlarınsa səsdən-küydən başı açılmır,
Gah mitinq, gah seçki.
Başa düşmək heç olmur bir şeyi,
Səsli-küylü irəliyə sakit-sakit necə çatmaq olar, sizcə?





Erkin Qədirli
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием