Показать сообщение отдельно
Старый 22.01.2010, 03:38   #579
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 116
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.mediaforum.az/articles.ph...00121122426227

İQTİSADİ AZADLIQ İNDEKSİ: AZƏRBAYCAN 179 ÖLKƏ ARASINDA 96-cı YERİ TUTUB
2010-01-21 - 12:25:00



“Heritage” Fondu 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb. “İqtisadi forum” jurnalı xəbər verir ki, Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 96-cı yeri tutub.
Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 58,8-ni toplayıb. Azərbaycan 2008-ci ildə 107, 2009-cu ildə isə 99-cu yeri tutumuşdu. 2010-cu ildə ölkə öz mövqeyini daha üç pillə möhkəmləndirib.
Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal 100-dür. Fond ballar əsasında iqtisadi azadlığın səviyyəsini belə təsnifləşdirib:
100-80 bal - azad ölkələr;
79,9-70 bal - əsasən azad ölkələr;
69,9-60 bal - orta səviyyədə azad ölkələr;
59,9-50 bal - əsasən qeyri-azad ölkələr;
49,9-0 bal - qeyri-azad ölkələr.
Azərbaycan əsasən qeyri-azad ölkələr sırasına düşüb.
İqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilir. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilir.
Azərbaycan əmək azadlığı (82,5 bal), fiskal azadlıq (79,5 bal), hökumətin xərcləri (77,5 bal), biznes azadlığı (74,6 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Ölkə monetar azadlıq üzrə 62,7, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə 40 bal qazanıb. Ən aşağı göstərici mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (19 bal) komponentlərində olub.
“Heritage” Fondunun 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksində Ermənistan 69,2 balla 38-ci yeri tutub. Bu ölkənin mövqeyində son 3 ildə zəifləmə müşahidə edilir. Ermənistan 2008-ci ildə 28-ci, 2009-cu ildə 31-ci yerdə olub.
Gürcüstan əvvəlki illərdə olduğu kimi yüksək nəticə göstərib. Bu ölkə 70,4 balla 26-cı yeri tutmaqla azad ölkələr sırasına qoşulub.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием