Показать сообщение отдельно
Старый 21.01.2010, 17:57   #563
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 71
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Prater Посмотреть сообщение
Натик, а что именно в его выступлении вас больше всего поразило?

Уважаемый, там почти все поражает, удивляет, но особенно вот эти места, где он, по сути, критикует своего отца :

Цитата:
İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər öz həllini tapdı.Halbuki hələ ki, işsizlik vardır və biz işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının azaldılmasıdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar.
А потом вот это, это вообще "шедевр":

Цитата:
Əvvəllər uğurlarımıza pis gözlə baxan, yaxud da ki, paxıllıq edən, istər xaricdə, istər daxildə uğurlarımızı qəbul etmək istəməyən dairələr uğurlarımızı daha çox neft amili ilə bağlayırdılar. Halbuki neft amili də Azərbaycan xalqının zəhməti və ulu öndər Heydər Əliyevin fədakarlığı hesabına mövcud olmuşdur. Neftin dərin laylarda olması hələ neft strategiyasının icrası demək deyildir. Biz ümumiyyətlə ən ağır, ən çətin illərdə xarici investorları cəlb etmək, bütün çətinliklərə baxmayaraq, böyük iradə, uzagörənlik, cəsarət göstərməklə Azərbaycana bu sərmayələri cəlb etmək, “Əsrin müqaviləsi”ni imzalamaq, onun icrasını təmin etmək sayəsində bu gün neft amilindən danışırıq. Yəni, Azərbaycanın müasir və neft-qaz ixrac edən güclü ölkəyə çevrilməsi işində Heydər Əliyevin mizilsiz xidmətləri olmuşdur. Ona görə də hətta neft amili hesabına olsa da, bu, bizim iqtidarımızın əməyidir, zəhmətidir və nailiyyətidir.
Ancaq bununla bərabər, yenə də deyirəm ki, bizə müəyyən iradlar tutmaq istəyənlər, yaxud da, uğurlarımızı sadələşdirmək istəyən qüvvələr iqtisadi inkişafı neft amili ilə bağlayırdılar. Sirr deyil ki, əlbəttə, bu amilin öz rolu vardır və bu, davam edəcəkdir. Çünki Azərbaycanda son illər ərzində həm neft, həm qaz hasilatı böyük dərəcədə artmışdır.
Ancaq 2009-cu il o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə edilən sözləri alt-üst etdi. Ölkəmiz, iqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi. İndi hər şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq statistika vardır, göstəricilər vardır. MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bütün bölgədə iqtisadi tənəzzül, sənaye istehsalının tənəzzülü hökm sürür, Azərbaycanda isə artım vardır.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием