Показать сообщение отдельно
Старый 19.01.2010, 16:08   #459
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 71
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

2010-cu il üçün büdcə narahatçılığı

Milli Büdcə Qrupu (MBQ) ekspertləri Dövlət Neft Fondunun (DNF) 2010-cu il üçün təsdiqlənmiş büdcəsi ilə bağlı ciddi narahatçılıq keçirir. Bu barədə MBQ-nin yaydığı açıqlamada bildirilir.

DNF-nin 2010-cu il üçün büdcə gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiqlənib. Fond fəaliyyət tarixində ilk dəfə olaraq gəlirlərinin demək olar ki, hamısını (91 faizini) xərcləmək niyyətindədir. Bu məbləğin əsas hissəsini (90,5 faiz) dövlət büdcəsinə transferlər təşkil edir: “Neft amilindən asılılıq 2010-cu ildə özünü çox bariz şəkildə göstərir. Açıq-aydın görünür ki, Neft Fondu büdcəsinin artıq dövlət büdcəsinin əsas donoru kimi çıxış etməsi tendensiyası artan xətlə davam edir və iqtisadiyyatın davamlı inkişaf perspektivləri üçün təhlükə yarada bilən həddə çatır. Dövlət büdcəsi və fond arasındakı münasibətlərin illər üzrə dinamikasını nəzərdən keçirəndə bu mənzərə aydın görünür. Əgər 2003-cü ildə fonddan dövlət büdcəsinə transferlərin həcmi 100 milyon manat idisə, 2004-cü ildə bu rəqəm 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyon, 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə isə 4,915 milyon manat təşkil edir”.
Narahatçılıq doğuran məqam yalnız transferlərin həcminin artımı deyil, hökumətin fondun büdcəsinin 2010-cu ildə əsas hissəsinin xərclənməsi qərarıdır. Prezidentin məlum 27 sentyabr 2004-cü il tarixli “Neft-qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiyası” fərmanında qeyd edilmişdi ki, neft-qaz gəlirlərinin daxilolmasının pik dövründə, vəsaitin 25 faizdən az olmayan hissəsi gələcək nəsillər üçün akkumulyasiya edilməlidir: “Əlbəttə, bu strategiyada dəqiq normalaşdırma mexanizmlərinin olmaması 2010-cu ildə Neft Fondunun vəsaitlərin idarə edilməsi ilə bağlı prezident fərmanına nə dərəcədə əməl etməsinə hüquqi qiymət vermək işini çətinləşdirir. Bütün bunlara baxmayaraq, fondun xüsusən də böhran dövründə əldə etdiyi vəsaitin böyük hissəsini xərcləyərək əlverişsiz iqtisadi vəziyyətdə ölkə xəzinəsində vəsait çatışmazlığını nisbətən daha rahat yolla həll etməyə meylli olması siyasəti göz qabağındadır”.


http://deyerler.org/46698-2010-cu-il...hatgdlddd.html
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием