Показать сообщение отдельно
Старый 08.01.2010, 00:00   #32
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Eynulla Fətullayevin ayaqqabısının bəyanatı



Mirzə Sakit

Mən Çəkməyev Ayaqqabı Şəpik oğlu 2007-ci ilin may ayının 10-da Bakı şəhərinin Hamamçı küçəsindəki çəkməçi Elmar Məmməd oğlunun emalatxanasında dünyaya göz açmışam. Razmerim 44-dü. Ipləmə adını almamaqdan ötrü üzü ipsizəm. Bir müddət şəhərin mərkəzindəki ayaqqabı dükanının vitrinində üstü mandatlı şəkildə qaldıqdan sonra bir nəfər cavan oğlan dükana girərək məni ayaqlarına keçirdib, bir-iki metr o üzə, bu üzə gəzişdikdən sonra əlini cibinə atıb mənim pulumu ödəyərək məni də götürüb getdi. Elə o vaxtdan etibarən həmin oğlanın ayaqlarını bağrıma basıb ona sədaqətlə ayaqqabılıq etməyə başladım. Səhərdən axşama qədər hara gedirdisə, məni də özü ilə sürükləyirdi. Axşam evə qayıdarkən məni ayaqlarından çıxarıb səliqə ilə evin kəndarında cütləyərək bir yerə qoyurdu. Səhərlər isə uzun bir dəmiri əngimə keçirib, məni geyinirdi. Sonra yaltaq şair bığına oxşar şotka ilə üz-gözümü təmizləyib işinə yollanırdı. Onun ayaqlarını istidən və soyuqdan qorumağımın analoqu yox idi. Dünyanı başına götürən iqtisadi böhran mənə öz təsirini qətiyyən göstərə bilmirdi. Regionda mənim podoşumun iştirakı olmadan iri layihələrə imza atmaq müşgül məsələyə dönmüşdü.

Mən ayaqqabı halına düşməzdən qabaq materialım Rusiyadan gəldiyinə görə rus obuvlarından icazəsiz qərar verə bilmirdim. Ancaq mənim sahibim demokrat bir insan idi deyə, ona tabeçilik edirdim. Ayaqla mənim aramda olan corab boz rəngdə olduğundan üfünətli bir ideoloqluq var idi. Mənim “alim ayaqqabı” statusuma həmişə dodaq büzərdi. O mənim sahibimin ayaqlarında məndən çox qalırdı. Boz coraba həsəd aparmağımla yanaşı həm də ondan bir az ehtiyat edirdim. Bizim qanunvericilik başqanı nəslimizdən olan ayaqqabılar var ki, onlar çox oğlanların ayaqlarında məskunlaşıblar. Amma o oğlanların əksəriyyəti mənim sahibimin yerişini yeriyə bilmirlər. Sevinirəm ki, mənim materialım olan göndən çanta yox, ayaqqabı düzəltdilər. Ona görə də həmişə fəxr etmişəm ki, ayaqqabıyam. Mənim üstümdə qüdrətli bir qüvvə dayanıbsa, deməli, mən tam müstəqil bir ayaqqabıyam. Heç kəs mənimlə tələb şəklində danışa bilməz. Mən tam hüquqlu sülh tərəfdarıyam. Bu o demək deyil ki, mənim səbrim də tükənməzdir. Lazım gələrsə, mən zor gücünə istənilən yerə addımlaya bilərəm.
Hmmm… Harda qaldıq?

Günlərin bir günü bir neçə polis mənim sahibimin qolundan yapışıb hər tərəfi tikanlı məftillər olan bağlı bir yerə atdılar. Neçə ay onu mənqarışıq məhkəmə deyilən bir binaya aparıb gətirdilər. Bir gün mən fürsət tapıb məhkəmə hakiminin ayaqqabısı ilə öz ayaqqabı dilimizdə xosunlaşdıq. Ayaq altdan öyrəndim ki, sən demə, mənim sahibim jurnalist imiş. O hökumətin korrupsioner əməllərindən yazdığına görə onu şərləyərək həbs ediblərmiş. Hakim ayaqqabısı xəlvətcə mənə pıçıldayaraq dedi ki, bəs xəbərin olsun, sənin sahibinə 8 il yarm iş vermək üçün mənim sahibimə sifariş veriblər. Dedim, bəs onda utanmırsan, o hakimə ayaqqabılıq edirsən? Qayıtdı ki, mal yiyəsinə oxşamasa, haramdır. O vaxtdan artıq üç il keçib. Mən öz sahibimə xidmətimi əsirgəmədən onun ayaqları ətrafında sıx birləşmişdim. Az qalmışdı ki, o məni geyinib azadlığa qovuşsun. Ax namərdlər, ax məndən də aşağı olanlar, ax mənim altımdakı toz qədər vicdanı olmayanlar. Bir gecə mənim sahibim şirin yuxuda ikən gördüm bir şərəfsiz həyacanla ora-bura baxa-baxa mənə yaxınlaşdı. Əlləri titrəyə-titrəyə mənim tərliyimi qaldırıb əlindəki xırda bir şeyi ora qoyub əyilə-əyilə tez uzaqlaşdı. Mən bir şey anlaya bilmədim. Səhərisi gün bir neçə polisfason adamlar mənim sahibimi yanlarına çağırıb, onun üst-başını yoxlamağa başladılar. Mənim içimi yoxlayarkən gecə həmin o şərəfsiz tərəfindən tərliyimin altına qoyduğu şeyi oradan çıxartdılar. Mən tez yoxlama aparanların birinin ayaqqabısından məsələnin nə yerdə olduğunu öyrəndim. Həmin zabitin ayaqqabısı mənə qayıtdı ki, ay sənin podoşunu Allah yox etsin, bunlar hamısı yuxarıların sifarişli quramalarıdır. Vah, vah, vah, lənət olsun. Indi gərək gözləyəm, məhkəmə vaxtı yenə hakimin ayaqqabısından soruşam ki, növbəti sifariş neçə illikdir. Daha neynəmək olar. Mən öz ayaqqabı mıxlarıma and içirəm ki, indi məni əşyayi-dəlil kimi göstərənlərin özləri tarixin ən murdar əşyayi-dəlilinə çevriləcəklər. Mən isə bundan sonrakı ömrümü də öz sahibimə həsr edəcəyəm.

mirzesakit@gmail.com
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием