Показать сообщение отдельно
Старый 31.12.2009, 12:51   #9
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 57
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Natiq Ceferli Посмотреть сообщение
Bəy, Eynulla artıq bir neçə ildi yatır, narkomaniya tort yemək deyil ki, ildə bir-iki defə “çudo peçkadan” alıb yeyəsən. Bu bir xəstəlikdir, və bunu aludə olanlar mütləq həmişə davamlı qəbul etməlidirlər. Yoxsa “lomkalar” olur, siz təsəvvir edirsiniz ki, Eynullanın “lomkaları” olsun, onu da AZTV-də göstərməsinlər, və onu narkoman elan etməsinlər? Düşünün...

Bu xanım dediyiniz, dədəsinin malı üçün çalışmır, anlamırsınızmı?

Eynullanın işinə Avropa insan hüququları məhkəməsi yanvar ayında baxmalıdır. Çox güman ki, onun azadlığa buraxılması haqqında qətnamə çıxarılacaq. Və hakimiyyət də bunu bilir, buna görə də, təzə iş açır ki, (özüdə belə axmaq bir metodla) onu türmədə saxlamağa əlavə bir bəhanə qazansın ki, bu işin də Avropa məhkəməsinə çatması, daha bir neçə il aparsın. Durun bu qədən açıq və aydınkən, siz nə qoyub, nə axtarırsız?

Eynulla SİYASİ MƏHBUSDUR, bu sizin ona olan münasibətinizdən asılı olmayaraq belədir. Mənim də ondan bir insan kimi xaşum gəlmir, amma söhbət hüququların pozulmasından və bu dərəcədə olan AĞ YALANDAN gedir.

Siz də indi hüquqdan danışırsız? Bu ölkədə? Bu sistemdə? Eynulla narkomandırsa, onda Emin Milli və Adnan da xuliqandır. Axı onları da “hüquq” xuliqan çıxardıb. Eynullanın kimliyi önəmli deyil, önəmli olan sistemin alçaqlığıdır, və bu hər birimizin başına gələ bilər. Sabah mənim cibimə nəşə atıb tutsalar, buradadamı hüquqdan danışacaqsız? Olmadı ki...
Cənab Cəfərli,

Hər şey tamamilə ağ, ya qara ola bilməz – deyil də!

Sistemin mahiyyəti bəllidir. Bu mahiyyət hər detalda, hər insidentdə, hadisədə ehtiva olunmaya da bilər. Bununla belə, əslini bilmədən hər “кто свидетель” sualına «Я – а что случилось?» deyə irəli atılmaq, bu sualф dəlil-sübutsuz qəti cavab vermək HÜQUQA ziddir. O HÜQUQA ki, uğrunda MÜBARİZƏ aparırsınız. Ya mən sizin niyyətinizi səhv qavrayıram?

Hər Şərə qarşı çıxan Xeyir deyil. Düşmənimin düşməni olmaq keyfiyyət göstəricisi ola bilməz.


“Eynulla narkoman olsaydı” deyə “ssenari” çıxdınız. Yarımçıqdır.

Bu xüsusda məntiqi başqa yöndə də davam etdirmək olar:

1. Narkotikə aludə Fətullayev bu vaxta qədər də narkotiklə təmin olunub ki, siz deyən “lomkasını” göstərmək AZTv-yə nəsib olmayıb.

Ola bilməz? Olar!

Olub-olmadığını qəti söyləmək üçün ƏQİDƏ demokratik üslub deyil, bunun üçün məsələyə hüquqi qiymət verilməlidir.

2. Narkotik Eynullanın deyil – o, sadəcə, ya ötürücüdür, ya qoruyucu. Həbsxanalara nəinki narkotik, lazım gələndə top-model sızdırıldığını nəzərə alsaq, Fətullayevdən post-terminal kimi istifadə edildiyini bir ehtimal – versiya kimi irəli sürmək olar? Olar! Niyə də yox. Gözəl variantdır. İlişəndə də aləmə qara-qışqırıq salmaq olar ki, bəs naxalkadır.


EF məhbusluğuna gəlincə: Onu vətən xaini kimi güllələmək də olardı. Sizcə bunu niyə etmədilər?

Sizin məntiqlə, bu rejimin ədalətsizliyin ta kəndisi olduğunu nəzər alsaq, məhkəmələr tərəfindən həbs olunan BÜTÜN məhbuslar QURBAN elan edilməlidir.
__________________
Carthago delenda est!


Последний раз редактировалось Oğuz; 31.12.2009 в 14:46.
Oğuz вне форума   Ответить с цитированием