Показать сообщение отдельно
Старый 30.12.2009, 23:50   #5
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от SILENT Посмотреть сообщение
Natiq,

bu Eynulla Fətullayev narkoman ola və ya onun paltarından narkotik maddə tapıla bilməz? Bir tərəfdən hüquqdan, qanundan danışırıq, digər yandanda sübutsuz-isbatsız, faktsız-arqumentsiz qətnamə çıxarırıq.

Bu xanımcığazsa lap irəli gedib, oturub Avropanın göbəyində, öz şərq təfəkkürü ilə qəti hökm verir.

Fətullayevə kifayət qədər ağır cəza verilib, onun heç də təmiz olmayan ismini-personasını yenidən gündəmə gətirməkdə cəza verən tərəfin, ən azı indiki məqamda, nədəsə maraqlı olduğunu düşünmək üçün heç bir məntiqli əsas tapa bilmirəm. Eyni zamanda onun üzərindən (özü və ya başqaları üçün) narkotik maddə çıxa biləcəyi ehtimalını qəti şəkildə inkar etməyə, ittihamın əsilsiz olduğunu söyləməyə yetəcək fakt və ya arqumentə də sahib deyiləm. Əksinə, bunun həqiqət ola biləcəyinə inamım daha artıqdır.

Fətullayev nə siyasi məhbusdur, nə də rejim qurbanı. O, əslində aldığı cəzadan da qat-qat artığına layiqdir. mənəviyyatı, ruhu saf, təmiz olmayan məxluqun cisminin paklığına zəmanət verə bilərsinizmi? Mən – yox! Ruhunu şeytana təslim edən cismini kimə və ya nəyə desən satar. Fətullayev də məhz belələrindəndir.

Hüquqi araşdırmanın, ilkin istintaq hərəkətlərinin nəticələrini gözləmək lazımdır. İndidən qəti rəy vermək yanlış hərəkətdir.

Bəy, Eynulla artıq bir neçə ildi yatır, narkomaniya tort yemək deyil ki, ildə bir-iki defə “çudo peçkadan” alıb yeyəsən. Bu bir xəstəlikdir, və bunu aludə olanlar mütləq həmişə davamlı qəbul etməlidirlər. Yoxsa “lomkalar” olur, siz təsəvvir edirsiniz ki, Eynullanın “lomkaları” olsun, onu da AZTV-də göstərməsinlər, və onu narkoman elan etməsinlər? Düşünün...

Bu xanım dediyiniz, dədəsinin malı üçün çalışmır, anlamırsınızmı?

Eynullanın işinə Avropa insan hüququları məhkəməsi yanvar ayında baxmalıdır. Çox güman ki, onun azadlığa buraxılması haqqında qətnamə çıxarılacaq. Və hakimiyyət də bunu bilir, buna görə də, təzə iş açır ki, (özüdə belə axmaq bir metodla) onu türmədə saxlamağa əlavə bir bəhanə qazansın ki, bu işin də Avropa məhkəməsinə çatması, daha bir neçə il aparsın. Durun bu qədən açıq və aydınkən, siz nə qoyub, nə axtarırsız?

Eynulla SİYASİ MƏHBUSDUR, bu sizin ona olan münasibətinizdən asılı olmayaraq belədir. Mənim də ondan bir insan kimi xaşum gəlmir, amma söhbət hüququların pozulmasından və bu dərəcədə olan AĞ YALANDAN gedir.

Siz də indi hüquqdan danışırsız? Bu ölkədə? Bu sistemdə? Eynulla narkomandırsa, onda Emin Milli və Adnan da xuliqandır. Axı onları da “hüquq” xuliqan çıxardıb. Eynullanın kimliyi önəmli deyil, önəmli olan sistemin alçaqlığıdır, və bu hər birimizin başına gələ bilər. Sabah mənim cibimə nəşə atıb tutsalar, buradadamı hüquqdan danışacaqsız? Olmadı ki...
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
forw (05.03.2010)