Показать сообщение отдельно
Старый 30.12.2009, 17:36   #4
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 57
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Natiq,

bu Eynulla Fətullayev narkoman ola və ya onun paltarından narkotik maddə tapıla bilməz?

Bir tərəfdən hüquqdan, qanundan danışırıq, digər yandanda sübutsuz-isbatsız, faktsız-arqumentsiz qətnamə çıxarırıq.

Bu xanımcığazsa lap irəli gedib, oturub Avropanın göbəyində, öz şərq təfəkkürü ilə qəti hökm verir.

Fətullayevə kifayət qədər ağır cəza verilib, onun heç də təmiz olmayan ismini-personasını yenidən gündəmə gətirməkdə cəza verən tərəfin, ən azı indiki məqamda, nədəsə maraqlı olduğunu düşünmək üçün heç bir məntiqli əsas tapa bilmirəm.

Eyni zamanda onun üzərindən (özü və ya başqaları üçün) narkotik maddə çıxa biləcəyi ehtimalını qəti şəkildə inkar etməyə, ittihamın əsilsiz olduğunu söyləməyə yetəcək fakt və ya arqumentə də sahib deyiləm.

Əksinə, bunun həqiqət ola biləcəyinə inamım daha artıqdır.

Fətullayev nə siyasi məhbusdur, nə də rejim qurbanı. O, əslində aldığı cəzadan da qat-qat artığına layiqdir.

Cənab Cəfərli,

mənəviyyatı, ruhu saf, təmiz olmayan məxluqun cisminin paklığına zəmanət verə bilərsinizmi? Mən – yox!

Ruhunu şeytana təslim edən cismini kimə və ya nəyə desən satar. Fətullayev də məhz belələrindəndir.

Hüquqi araşdırmanın, ilkin istintaq hərəkətlərinin nəticələrini gözləmək lazımdır. İndidən qəti rəy vermək yanlış hərəkətdir.
__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием
3 пользователя(ей) сказали cпасибо:
Mete (30.12.2009), Scarlett (30.12.2009), Ziyadli (04.01.2010)