Показать сообщение отдельно
Старый 20.11.2009, 00:43   #2000
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 71
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Vəfa Quluzadə: "Ermənistan yalnız bir şərtlə 7 rayonu qaytarmağa razıdır"

"Azərbaycan isə bu şərtlə razı deyil"



Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin ANS PRESS-ə müsahibəsi:

- Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlarda Ermənistanın mövqeyində əks istiqamətdə dəyişiklik müşahidə olunur. Sizcə, bu nə ilə bağlıdır?

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda Ermənistanın mövqeyində heç vaxt irəliyə doğru dəyişiklik olmayıb. Ermənistan atəşkəs elan olunan gündən tələb edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanısın. Ermənistanın bundan başqa mövqeyi olmayıb. Ermənistan heç vaxt Dağlıq Qarabağın müstəqilliyindən əl çəkmək fikrində olmayıb. Ona görə ki, bunu ona Rusiya diktə edir və tələb edir. Ermənistan da Rusiyanın tələblərini yerinə yetirir. Azərbaycanın Ermənistan ilə danışıqlarında heç vaxt nəticə ola bilməz. Ona görə ki, Ermənistan müstəqil dövlət deyil.

-Azərbaycan prezidenti İlham Əliyev deyib ki, sülh danışıqlarında müəyyən irəliləyişlər var. Prezident qeyd edib ki, artıq danışıqlar mövzusunda 7 rayondan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur.

Mən də prezidentin çıxışına diqqətlə qulaq asdım. Danışıqlar artıq 18 ildir ki, gedir. Məsələ burasındadır ki, Ermənistan bildirir ki, əgər Azərbaycan Dağlıq Qarabağla Laçın rayonunu Ermənistana versə, onda Ermənistan 7 rayondan çıxa bilər. Azərbaycan isə bunula razı deyil. Ermənistan isə deyir ki, siz Qarabağla Laçını vermirsiniz, biz də 7 rayonu qaytarmırıq.

-Ermənistanın mövqeyində irəliyə doğru dəyişiklik olmayıbsa, geriyə doğru necə dəyişiklik ola bilər?
Əgər hansısa razılıq əldə edilməmişdisə, onda bu dəyişiklik nədən ibarətdir?

Bu o deməkdir ki, biz bütövlükdə danışıqlarda heç bir razılıq əldə etməmişik, müsbət istiqamətdə danışıq aparmışıq. Amma indi Ermənistan bu müsbət danışıqdan da geri qayıdır. Yəni məsələ keçmişdə çox pis idi, indi isə daha da pisləşib.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием