Показать сообщение отдельно
Старый 17.11.2009, 01:57   #1230
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Prater Посмотреть сообщение
Розовые очки снимите только. Я не помню, чтобы в Азербайджане когда то не было беспредела и систематического попирания закона. Вы так ведете себя, будто дело Аднана и Эмина большая новость и вас только только лишили девственности.

Hörmətli Prater, Siz haqlısız, bu birinci dəfə deyil ki, ölkədə qanunlar tapdanır, və heç axırıncı hal da deyil. Bundan sonra, sistem özünü daha da aqressiv aparacaq, və sistem qarşısında özünə adekvat güc görməyənə qədər, bu davam edəcək. Bu güc cəmiyyətdən gəlməlidir, başqa yol yoxdur. Qərb nə qədər hay-küy salsa da, bu günə qədər necə anlaşıb bunlarla işləyiblərsə, eləcə də davam edəcəklər. Bu bir məqamda başqa cür ola bilər ki, Qərb bu hakimiyyətin getməsində maraqlı olsun. Bunun üçün zəmin yaranəb, amma trendin tam dəyişməsı haqqında fikir söyləmək, hələlik tezdir.


Amma bütün bunlara rəğmən, bu işin özəllikləri də var. Hakimiyyət o dərəcə də özgüvənini itirib ki, ona gələ biləcək, hətda teoretik bir təhlükədən, dərhal özünü sığortalamaq istəyir. Bu işdə, hakimiyyətin qeyri-adekvat və məntiqə sığmayan hərəkəti, buna əyani sübutdur. Bu sistem qarşısında olduğu insanları həmişə eyni bir sxemlə neytirallaşdırıb: əvvəlcə pulla, vəzifə ilə almaq istəyib, buna çox zaman nail olub, bu fənd işləməyəndə, kompromatlar vasitəsi ilə kimlərsə susdurulub, bu variantda olmayanda, fiziki təziqlər, təqiblərlə insanları ya buradan köçməyə vadar edib, ya da mənən sındırıb. Bunların heç biri olmayanda isə, bəzilərini (Elmar, Ziya Bünyadov) aradan götürüb.

Emini əvvəl almaq istədilər (vəzifə təklifi ilə), alınmadı, sonra ona qarşı kompromat yığmağa başladılar, bir şey çıxmadı. Yanina adam soxdular ki, nəsə əldə etsinlər, alınmadı, ona görə də, bu yolu, qorxudaraq, sındırmaq yolunu tutdular.

Siz deyə bilərsiz ki, axı Emin (və ya Adnan) kimdir ki, bütün bunları hakimiyyət düşünülmüş şəkildə etsin? Sualınızda haqlısınız. Amma bu mövzuda artıq qeyd etdiyim kimi, bu uşaqların davranışı və gördüyü işlər böyük bir qrub gənc, əsasən də, xaricdə yaxşı təhsil alan insanlar üçün, bir simvol, bir örnək ola bilərdilər. Yəni ki, bu qeyri-adekvat davranışın əsasını irassional olan şəxsı inciklik təşkil etsə də, bunun rasional tərəfi, özlərini sığortalamaqdır.

Erkin çox yaxşı dedı, bu sistem kontrol edə bilmədiyi hər bir şeydən qorxur. Fikirləri isə kontrol eləmək mümkün deyil. Bunu sistem anlamır, anlaya bilmir.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием