Показать сообщение отдельно
Старый 12.11.2009, 13:30   #813
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

«Bloqqerlərin həbsi siyasi qərardır»

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti

12.11.2009
Arifə Kazımova
«Azərbaycanda iki bloqqerə xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamıyla iş kəsilməsi siyasi qərardır». Bunu ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti deyir. Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

«Bu yeni həbslər Azərbaycanın ATƏT regionunda jurnalistləri həbsə atan ölkə kimi yaxşı tanınmış imicini daha da möhkəmləndirir. Hazırda bu ölkədə beş jurnalist həbsdədir, onlardan çoxu qurama təxribat və ədalətsiz istintaq nəticəsində uydurma ittihamlarla həbsdə yatırlar».

«Prezident, Daxili İşlər Naziri daxil olmaqla hakimiyyəti tənqid etmiş gənc bloqqerlərə və digər jurnalistlərə cəzaların sərtliyi açıq-aşkar siyasi qərardır», - Haraşti bəyanatında deyir.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi xatırladır ki, hazırda Azərbaycanda Eynulla Fətullayev, Qənimət Zahid kimi tanınmış baş redaktorlar uzun müddətli cəzalarla həbsdədir və müşahidəçilər bu ittihamları «saxta» adlandırır.

«Ümid edirəm ki, Apellyasiya Məhkəməsi hökmün əksinə qərar verəcək, Emin Milli və Adnan Hacızadəni mümkün qədər tez azadlığa buraxacaq. Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə göstərər ki, üzərinə götürdüyü ATƏT-in media azadlığı öhdəliklərinə ciddi yanaşır».
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием