Показать сообщение отдельно
Старый 10.11.2009, 01:16   #16
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Ziyadlı, sənin ən böyük fundamental səhvin bilirsən nədədir?

Sən deyirsən ki, müxalifət özünü "bazarlaya" bilmir. İlk baxışdan, özü də, xaricdən baxanda, sənin bu sözün, məntiqli görünə bilər. Amma bəla buedadır ki, "BAZARIN" özü yoxdur! "Bazarlıq" eləməyə şərait yoxdur! Anlamırsan bunu?

Bir də deyirsən ki, heç bir hakimiyyət, xalq istəməsə, ayaqda qala bilməz, bu da məntiqli görünür. Amma, heç kim deyə bilməz ki, 17 million repressiyaya uğramış, güllənmiş, sürgün edilmiş, türmələrə salınmış Sovet insanları (onlarla millətdən olan) Stalini, və bu absurd sistemi istəyirdilər. İstəmirdilər, amma, əlində silah olan, amansız və qəddar SİSTEMLƏ bacarmırdılar.

Bir özün fikirləş. Bizim ölkədə əhalinin 5%-i güc strukturlarında işləyir. Daha aydın səni başa salmaq üçün, gəl kiçik rəqəmlərlə danışaq.

Təsəvvür et ki, 100 nəfər bir adaya düşür. Və bu 100 nəfərdən, 5-ində silah var. 95-i silahsızdır. Bu 5 nəfər, əllərindəki silahdan gələn gücə arxalanaraq, 95 nəfərin başına oyun açırlar. Buna dözməyən 1-2 nəfəri, bu 5 nəfər gülləliyir (Ziya Bünyadov, Elmar, və sairə), bu qalan 93 nəfərə bir balaca dərs olur. Amma, daha 2-3 nəfər də dözmür, usyan edir, həqiqəti söyləyir, onları da adada kı bir mağaraya salıb, ağızlarını bağıayırlar (həps olunan jurnalistlər, siyasilər). Bu da qalan 90 nəfəri daha da qorxudur. Bu zaman qonşu adalarla əlaqələr yaranmağı zəruri olur ki, adanın təbii sərvətlərini satmaq mümkün olsun (neft və qaz). Əlaqələr yaranır, pullar axır, o 5 nəfərin silahları da dəyişir, müasirləşir, gücləri də artır (pullar gəlir). Bu zaman, həmin o 5 nəfər, 20-30 nəfəri özlərinə yaxşı yemək və içmək verməklə qul edirlər (büdcə işçiləri, hakimiyyətin xırda məmur tayfası), və narazı qalan 5-6 nəfəri də, adadan getməyə məcbur edirlər (ölkədən çıxan siyasi və iqtisadı mühacirlər).

Deməli, adada tenə 5 nəfər silahlı, 30 nəfər imtiyazlı təbəqə (sistemin qulları), və 60 nəfər gündəlik yemək dalınca qaçan insanlar qalır. Bu 30 nəfər imtiyazlı təbəqə, təbii sərvətlər tükənənə qədər qul kimi olacaqlar, amma sonra, o 5 nəfəri birinci didənlərdən olmaları mütləqdir.

Bu qalan 60 nəfər gündəlik yemək dərdi çəkın insanların, 10-15 nəfəri, özlərinə təskinliyi dində, ibadətdə tapır, və öz vaxtını səbrlə gözləyir.

5-10 nəfər, gecələr öz mağaralarında donquldanaraq, yavaşca narazılıq bildirirlər (forumlar, vertual dünya, az adam oxuduğu qəzetlər).

Qalan 40-45 nəfəri çorək, və o 5 nəfər silahlının 30 nəfər qulları ilə məzələnməklərindən başqa, heç nə düşündürmür (cəmiyyətin böyük bir qısimi ki, çorək və şou hayıhdadır).

Amma həm özlərini dində tapan, həm gecələr yavaşdan donquldananlar. bilirlər ki, bu adadakı GÜCƏ, SİLAHA, və hələlik olan PULA dayanan axmaq quruluş, onsuzda dağılacaq (Erkinin yazdığı kimi). Və məhz o zaman, bu adanın (ölkəmizin) taleyi həll olunacaq. Seçim isə çox deyil, ya qonşu adalara nəsib olacaqlar, ya da o 10-15 nəfər inanclı insan 5 nəfəri adadan qaçırdıb, silahı onlar əllərinə alacaqlar, ya da ki, o 5-10 nəfər düşünə bilən, gizlicə narazı olan qüvvələr, qeyrət göstərib, adanın (ölkənin) taleyini həll etmək bacarığı göstərəcəklər....
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием