Показать сообщение отдельно
Старый 09.11.2009, 16:42   #2
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Natiq Ceferli Посмотреть сообщение

Вот, по этому я пишу, что для объективности, и для того, что бы понять ситуация в нашей стране, достаточно иметь совесть, глаза, мышление, и логику.
Об этом очень хорошо написал Эркин Гадирли 6-ого ноября, эту часть выставляю сюда, саму статью, выставлю в отдельной теме. Просто потрясающая статья, всем советую читать в новой теме:


Hər bir vicdanlı insanın içində iki təbii qorxu olur: özünü-ifşa və özünü-kəşf qorxuları. Bu nəticəyə Ralph Keynes'in "The Courage to Write" ("Yazmaq Cəsarəti") kitabını oxuyandan sonra gəlmək olar. Əslində, Keynes həmin kitabda üç qorxudan yazır, amma məni ancaq bu ikisi maraqlandırdı. Düşünürəm ki, özünü-ifşa qorxusu səmimiyyətlə, özünü-kəşf qorxusu isə ünsiyyətlə üstələnir. Söhbət patoloji qorxudan getmir. Məsələ vicdanın oyatdığı təsəvvürlərdədir. Vicdanlı insan hər zaman dürüst olmanın yolları haqqında düşündüyündən özünü bir çox pisliklərdən çəkindirməli olur. Vicdanlı olmaq üçün pislik etməmək yaxşılıq etməkdən daha vacibdir. Vicdanlı insan daim özünü yenidən dəyərləndirməli olan insandır. Etdiyi yanlışlıqları etiraf etməyi bacarmalıdır. Yanlışlığı etiraf etmək özünü-ifşa deməkdir. Asan iş deyil bu. Amma vicdanlı insan bu qorxunu səmimi olmaqla üstələyə bilir.



Heç kəs özünü tam tanıya bilmir. Üstəlik, heç kəs özünü təklikdə tanıya bilmir. Özünü tanımaq üçün ünsiyyət lazımdır. Ünsiyyət də, səmimiyyət kimi, asan iş deyil. Özünü-kəşf etməkdən qorxanlar ünsiyyətdən qaçırlar, çünki tanımadıqları mənlikləri ilə görüşməkdən qorxurlar. Vicdan ictimai keyfiyyətdir. Heç kəs təklikdə vicdanlı ola bilmir. Tərkidünyalıq və tənhalıq vicdanın ağır yükündən qurtulmağın uğursuz cəhdləridir. Azad cəmiyyətlərdə ünsiyyət və səmimiyyət siyasi sistemin özü tərəfindən həvəsləndirilir, insanlar yeniliklərə açıq və sınaqlara hazır olurlar. Qapalı cəmiyyətlərdə isə özünü-kəşf qorxusu acizliklə nəticələnir. Ona görə də cəmiyyətdə siyasi azadlıqlar uğrunda çalışmaq vacibdir!
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием