Показать сообщение отдельно
Старый 05.11.2009, 17:14   #695
Местный
 
Регистрация: 26.07.2006
Сообщений: 6,448
Сказал(а) спасибо: 2,332
Поблагодарили 762 раз(а) в 512 сообщениях
Вес репутации: 77
Xan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI HƏBS OLUNMUŞ BLOGERLƏRLƏ GÖRÜŞÜB

Ombudsman aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nardaran qəsəbəsində yerləşən 12 saylı məntəqə tipli cəzaçəkmə məntəqəsinə, Bakı İstintaq Təcridxanasına, Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasına və həmin idarənin 36-cı polis bölməsinə, Nizami RPİ-nin 25-cı polis bölməsinə baxış keçiriblər. Aparatdan Turana daxil olan məlumata görə Bakı İstintaq Təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə görüşüblər. Onlar görüş zamanı saxlanmadan şikayət etməsələr də barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadıldığını qeyd ediblər.Bundan əlavə ombudsman əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan S.A ilə görüş zamanı o, 24 oktyabr 2009-cu il tarixində Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib. Həmin məsələnin araşdırılması məqsədi ilə Müvəkkil Respublika Baş Prokuroruna və Daxili İşlər Nazirinə müraciət edərək, S.A barəsində təcili məhkəmə-tibbi ekspertizasının keçirilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

http://www.contact.com.az/index.php?...&news_id=13827
__________________
Все идет по плану

Xan вне форума   Ответить с цитированием