Показать сообщение отдельно
Старый 17.10.2009, 17:04   #1689
Местный
 
Регистрация: 09.11.2007
Сообщений: 194
Сказал(а) спасибо: 404
Поблагодарили 26 раз(а) в 21 сообщениях
Вес репутации: 16
Damla на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

AZƏRBAYCANIN ANKARADAKI SƏFİRİ TÜRKİYƏ XİN-ə ÇAĞIRILIB


BAKI/17.10.09/TURAN: Dünən Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov Türkiyə XİN-ə dəvət olunub. Türkiyənin “STAR TV” telekanalının yaydığı məlumata görə, bir saatdan çox davam edən görüşdən sonra Həşimov şərh verməkdən imtina edib.
Türkiyədə siyasi ekspertlər hesab edirlər ki, səfirin XİN-ə çağırılmasının bir neçə səbəbi ola bilər. Səbəblərdən biri oktyabrın 21-də Türkiyə XİN rəhbəri Ahmet Davutoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəri ola bilər.
Digər bir səbəb Ankaranın Bursada Ermənistan və Türkiyə yığmaları arasında futbol matçına Azərbaycan bayrağının buraxılmaması ilə bağlı izahatı ola bilərdi.
Daha bir səbəb Bakıda Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirə lövhəsindən Türkiyə bayraqlarının çıxarılması ola bilərdi.
Ümumiyyətlə isə, ekspertlər vəziyyəti “ikitərəfli münasibətlərdə böhranın davam etməsi” kimi qiymətləndirir.
Azərbaycan XİN hələlik səfirin Türkiyə nazirliyinə çağırılması ilə bağlı şərh vermir.
__________________
Bu dünya vicdanla deyil,mentiqle yürüyür....................

Damla вне форума   Ответить с цитированием