Показать сообщение отдельно
Старый 13.10.2009, 16:42   #560
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Bloqqerlərin məhkəməsi təxirə salındı

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər

13.10.2009
Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna deyiblər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən şikayətlənirlər.

Oktyabrın 14-ü Emin Millinin ad günü olduğundan onun valideynləri görüş istəsələr də, buna icazə verilməyib.

***

Emin Milli və Adnan Hacızadənin bugünkü məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi. Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etməyib. Hakim bildirib ki, növbəti prosesə də qatılmasalar, onların məcburi gətirilməsi məsələsinə baxılacaq.

Bloqqerlərin məhkəməsi oktyabrın 27-nə təyin olunub.

Hazırda isə Emin Milli və Adnan Hacızadə valideynlərilə görüşdədirlər. Görüş üçün bir saat vaxt verilib.

***

Oktyabrın 13-də bloqqerlər – Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edəcək. Bu gün ittiham tərəfinin şahidləri ifadə verəcək.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Bu arada Emin Millinin anasına oğlunun ad günü ərəfəsində onunla görüşməyə icazə verilməyib.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием