Показать сообщение отдельно
Старый 05.10.2009, 15:53   #531
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

05.10.2009 [09:31] EMİN MİLLİNİN ANASI OĞLU İLƏ GÖRÜŞƏ BİLMİR

Natella Abdullayeva: “Eminə verdiyim bir almadan da şübhələnirlər”
Gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə məhkəmə davam edir. Son məhkəmə iclasında Adnan Hacızadənin vəkili İsaxan Aşurovun təqdim etdiyi fotolardan gənclərin 39-cu polis bölməsində olduqları sübuta yetdi. Bununla belə valideynləri övladları ilə hələ də görüşə bilmirlər. Yalnız hər məhkəmə iclasından sonra hakimin icazəsi ilə valideynlərə gənclərlə qısa da olsa görüşməyə icazə verilib.Məlumat üçün qeyd edək ki, bloggerlərin valideynləri övladları ilə görüşə bilmədiklərinə görə Səbayel Rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə vermişdi. Lakin hakim valideynlərin iddiasını əsassız sayaraq təmin etməmişdi. Valideynlər övladları ilə görüşə bilmədikləri hər gün üçün 20 manat təzminat ödənilməsini istəyirdilər. Adnan Hacızadənin atası Hikmət Hacızadə isə məhkəmədə yalan ifadə verən şahidləri - polislər də daxil olmaqla - məhkəməyə verəcəyini bildirmişdi.
Maraqlıdır, görəsən, Emin Millinin valideynləri bu barədə nə düşünür?
Bu suala cavab almaq üçün Emin Millinin anası Natella Abdullayeva ilə əlaqə saxladıq. O, bu günə kimi övladı ilə görüşə bilmədiyini dilə gətirdi: “Eminlə görüşə bilmirik. Yalnız məhkəmə qurtardıqdan sonra ancaq xörək ötürə bilirik”.
Onun sözlərinə görə, məhkəmə öncəsi Eminə ötürmək istədiyi alma da şübhə altına alınır: “Mən belə siyasi məhkəmə prosesində heç vaxt iştirak etməmişəm. Məhkəmə başlayanda deyirəm ki, heç olmasa imkan verin uşaqlara mer-meyvə ötürüm. Buna da imkan vermirlər. Elə bil ki, almanın, yaxud bananın içində ona nəsə ötürəcəyəm”.
Natella xanım məhkəmədə ittiham tərəfinin şahidlərinin yalan danışdığını dedi: “Açıq-aydın görünür ki, onlar yalan danışırlar. Mən hər məhkəmədə qabaq sırada otururam. Ancaq onların nə dediklərini anlamıram. Düz danışan adamın səsi yuxarıdan çıxar. Neçə dəfə demişəm ki, məhkəmədə ifadə verənlər üçün mikrofon qoyulsun. Amma deyirlər ki, məhkəmənin buna imkanı yoxdur”.

Nailə RÖVŞƏNQIZI
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием