Тема: Niyə məhz indi?
Показать сообщение отдельно
Старый 05.10.2009, 15:25   #1
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Niyə məhz indi?

Niyə məhz indi?

5 октября 2009 10:12


Bu günlərdə ölkənin azlıqda (deyərdim ki, çox azlıqda) olan düşünən insanlari, Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində çıxan (http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=7787) məqaləsini müzakirə edir. Bir neçə ağıllı və düşüncələrinə hörmət etdiyim insanlar, məsələn, İlqar Məmmədov (http://ilgarmammadov.livejournal.com/303127.html), və Qorxmaz Əsgərov (http://www.azadliqradiosu.az/content/article/1843069.html), bu məqalə haqqında mənim də razılaşdığım fikirləri ictimayyətə açıqlamışlar. Mən də bəzi düşüncələrimlə bölüşmək istərdim.


Bu məqalənin indi ərsəyə gəlməsinin, və özlərinin yaratdıqları problemlər haqqında belə pafoslu yazının indi çap olunmasnın düşünülmüş bir addım olması heç bir şübhə doğurmur, və bölgədə gedən sıcaq proseslərlə bilavasitə əlaqədardır.

İlqar bəyində qeyd etdiyi kimi, iqtidarın efirdə düşünülmüş şəkildə azadlıqları boğmağa və cəmiyyəti şou biznesə kökləməyə yönəlmiş siyasəti artıq əks effekt yaradır. Yəni, insanlar kütləvi şəkildə yerli kanallara baxmaqdan imtina edirlər, hətda baxanlarda da verlişlər ikrah hissindən başqa bir şey doğurmur. Beləliklə, iqtidar təbliğatda həlledici vasitə olan TV məkanı itirmək qorxusu ilə üzləşdi, və bu məsələ iqtidarı, onun baş ideoloqunu qayğılandırmaya bilməzdi.

İndiki durumda, bölgədə gedən proseslərlə ilgili (Türkiyə — Ermənistan məsələsi və Qarabağ ətrafında baş verən proseslər), yerli kanallara baxan auditoriyanı geri qayratmaq çox vacibdir ki, Azərbaycanın əlehinə baş verən prosesləri TV kanallar vasitisi ilə, beyinlərin “yuyulması” ilə bu olayları diplomatik alanlarda qələbə kimi əhaliyə, cəmiyyətə sırımaq mümkün olsun.

Artıq indidən demək mümkündür ki, bu vəzifəni yerinə yetirmək üçün yerli kanallarda “ğeydirmə” müxalifətçilərə bol-bol yer veriləcək, və az-çox azad danışmağa icazə verəcəklər ki, əhalinin yerli kanallara olan marağını artırsınlar. Əldəqayırma “müxalifətçilər” efirdə bir az səs-küy salmaqla yetli TV-lərə marağın atrmasında ölkənin baş ideoloquna yardımçı olacaqlar.

Hamıya, bütün adekvat düşünən insanlara gün kimi aydındır ki, TV məkanda əsil azadlıq və rəqabət olmasa, heç bir inkişafdan, marağ və ilgi artımından söhbət belə gedə bilməz. Və o da aydındır ki, iqtidar heç vaxt bu yola getməyəcək, deməli Ramiz müəllimim amacı heç də inkişafı və raqabəti gəlişdirmək deyil, əhalini yetli TV-lərə baxmağa sövq etməkdir ki, bunun da qayəsi gələcəkdə ölkə üçün ağrılı məsələlərin həllində iqtidarın mövqeyini beyin yuyulması ilə cəmiyyətə “yedizdirməkdir”.


http://natiqceferli.blog.ru/80338803.html
__________________
http://natiqceferli.blog.ru/


Последний раз редактировалось Natiq Ceferli; 05.10.2009 в 15:49.
Natiq Ceferli вне форума   Ответить с цитированием