Показать сообщение отдельно
Старый 30.09.2009, 09:06   #484
Местный
 
Регистрация: 26.07.2006
Сообщений: 6,448
Сказал(а) спасибо: 2,332
Поблагодарили 762 раз(а) в 512 сообщениях
Вес репутации: 77
Xan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.contact.com.az/index.php?...&news_id=13435

Sonra Araz Allahverdiyev - iyulun 8-də hadisə baş verən “Lebanez” kafesinin aşbazı şahid qismində dindirilib. Onun sözlərinə görə, o zala daxil olanda yerə yıxılmış bir gənc və onun yanında daha bir nəfər görüb. Lakin üzlərini tanıya bilməyib.
Digər şahid - post-patrul xidmətinin əməkdaşı Zahid Daşdəmirov bildirib ki, “Lebanez” restoranı yerləşən ərazidə növbə çəkirdi, polis dəstəsi restoranın yaxınlığından keçəndə maşınlara baxan keşikçi onları çağıraraq, dava olduğunu bildirib. Polis maşınında bölməyə müttəhimləri və daha bir gənci aparıblar. Polisin sözlərinə görə, Adnanın burnundan qan axırdı, Emilin isə ayağı kəsilmişdi. Daşdəmirov etiraf edib ki, başqa zərərçəkmiş görməyib.
Bu zaman o, restorana gələndə nə baş verdiyini araşdırmağa çalışmamasının səbəbini izah edə bilməyib.
Bu sözləri eşidən Emin Milli polisə müraciət edərək, onu yalan danışmamağa çağırıb, çünki o və Adnan özləri polis bölməsinə gəliblər və heç kim onları maşınla bölməyə gətirməyib.
Digər şahid, daha bir polis Bəşir Bəşirov da bildirib ki, müttəhimlərdən başqa restoranda başqa zərərçəkmiş görməyib.
Fasilədən sonra proses davam edib.
Polis Eldar Qasımov bildirib ki, ilkin istintaqa verdiyi ifadələri təsdiq edir. Bu zaman o, polisin niyə Adnan və Emini tibbi yardımla təmin etməməsi haqda suala ağılabatan cavab verməyib.
Milli və Hacızadə ilə birlikdə restoranda olan şahid Pərviz Atayev deyib ki: “Biz gənclərin təhsili məsələlərini müzakirə edirdik. Birdən Vüsal Eminə yaxınlaşaraq kobud şəkildə “nə danışırsan?” dedi, Babək Hüseynov isə söyüş söydü. Bundan sonra Vüsal Eminə başı ilə, Adnana isə yumruğu ilə vurub. Babək ayağı ilə masanı aşırdı”.
Atayev polis çağırmaq üçün küçəyə çıxıb, amma heç kimi tapmayıb. Bundan sonra Adnan və Emin yaxınlıqdakı 39-cu polis bölməsinə gediblər. Lakin burada onlara deyiblər ki, 9-cu polis bölməsinə müraciət etsinlər.
“Mən oraya gələndə Babək artıq orada idi”, deyə şahid qeyd edib.
Daha bir gənc, həmin gün Emin və Adnanla birlikdə olan Orxan Qafarzadə, praktiki olaraq, Atayevin dediklərini təkrar edib.
Vəkil Elton Quliyevin müttəhimlərin basqınçılara müqavimət göstərib-göstərməməsi barədə sualına hər iki gənc inkar cavabı veriblər.
Dinləmələr oktyabrın 1-də saat 15.00-da davam etdiriləcək.


Итак следующее заседание завтра в то же время.
Еще раз призываю форумчан, у кого есть свободное время подойти и оказать моральную поддержку. Покажите свою гражданскую солидарность.
__________________
Все идет по плану

Xan вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
korvin (30.09.2009)