Показать сообщение отдельно
Старый 24.08.2009, 18:46   #295
Местный
 
Аватар для Murad Gassanly
 
Регистрация: 25.11.2007
Адрес: London, UK
Сообщений: 969
Сказал(а) спасибо: 368
Поблагодарили 392 раз(а) в 206 сообщениях
Вес репутации: 21
Murad Gassanly на пути к лучшему
Мои фотоальбомы

Восклицание

Очень плохая новость - ребятам предявили ешё одно обвинение:

http://contact.com.az/index.php?type...&news_id=12996

Adnan Hacızadə və Emin Milliyə qarşı daha bir ittiham irəli sürülüb


Bu gün həbsdə olan gənclər Adnan Hacızadə və Emin Millinin istintaq işinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib. Kkonfransda A. Hacızadənin atası Hikmət Hacızadə və vəkili İsaxan Aşurov iştirak ediblər.

İ. Aşurov deyib ki, gənclərə Cinayət Məcəlləsinin daha bir maddəsi - 127-ci maddə (qəsdən sağlamlığa az ağır zərər vurma) ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, istintaq bu il avqustun 22-də yekunlaşıb: “Mən və həmkarım Elton Quliyev eyni vaxtda hər iki gənci müdafiə etməyi qərara almışdıq. Hətta bunun üçün müvafiq qurumlardan tələb olunan sənədləri də istintaq orqanına təqdim etdik. Amma cinayət işinin materialları ilə tanış olarkən bildik ki, istintaq orqanı buna imkan verməyib”.

Hazırda İsaxan Aşurov Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkilidir.

İsaxan Aşurov və Hikmət Hacızadə istintaqın gedişindən narazı olduqlarını, məhkəmə prosesinin ədalətli keçəcəyinə ümid bəsləmədiklərini də söyləyiblər.

Qeyd edək ki, gənclər bu il iyulun 9-da Bakıda yerləşən “Lebonese” restoranında baş vermiş insidentə görə saxlanılıblar. Onlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı qərəzli xuliqanlıqda ittiham olunublar və barələrində CM-nin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Səbayel rayon Məhkəməsi A.Hacızadə və E. Milli barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Murad Gassanly вне форума   Ответить с цитированием