Показать сообщение отдельно
Старый 17.08.2009, 16:34   #773
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 63
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

17.08.2009 [08:33]

“ƏBU-BƏKR” İMAMINDAN MİLLİ MƏCLİS RƏSMİSİNƏ SƏRT ETİRAZ


Hacı Qamət Süleymanov: “Kiminsə faktı varsa, aydın desin və konkret ölkənin adını çəksin”

Xəbər verildiyi kimi, Milli Məclisin rəsmisi Lətif Hüseynov xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimləri aparmasına qoyulan məhdudiyyəti əsaslandırıb. Onun sözlərinə görə, bu məhdudiyyətə qiymət verərkən, Azərbaycanda ictimai qayda və milli təhlükəsizlik üçün real təhlükə törədən amilləri nəzərə almaq lazımdır. Sitat: “Məlumdur ki, xaricdə dini təhsil alan şəxslər bir çox hallarda ölkəmizdə təhlükəli cərəyanların və ideyaların yayılmasına cəlb olunurlar. Qanunda əslində bu şəxslərin ölkəmizdə dini fəaliyyətinə qadağa qoyulmur və belə bir qadağa qoyula da bilməz. Məhdudiyyət həmin şəxslərin dini ayinlər və mərasimlər aparması ilə bağlıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə “Bizim yol”a açıqlamasında “belə məsələlərdən sübut olmadan danışmaq olmaz” deyə bildirib: “Mən təcrübəmdə hansısa ölkədə dini təhsil alanlara pul verilib həmin ölkənin maraqlarına xidmətə cəlb olunması faktı ilə rastlaşmamışam. Ona görə də bu haqda heç nə deyə bilməyəcəyəm”.
İlahiyyatçı-ekspert Elşad Miri də deyib ki, dünyanın hər bir yerində inkişaf etmiş ölkələrdə normal təcrübə var ki, orda oxuyan tələbələr əgər təqaüdə haqq qazanırsa onlara müəyyən məbləğdə vəsait təqaüd kimi verilir: “Yoxsa orda başqa maraqlar naminə nəyinsə verilib-verilməməsini Səudiyyə Ərəbistanında oxuyanlar yaxşı bilər. Mən bir neçə dəfə Səudiyyə Ərəbistanında olmuşam və orada təhsil alan tələbələrlə həmsöhbət olmuşam. Onlar mənə də dedilər ki, orada təqaüd olaraq cüzi miqdarda pul alırlar. Azərbaycanda da xarici tələbələr təhsil alır. Burda təhsil alan həmin tələbələrin təqaüd proqramından bəhrələndiklərini deyə bilmərəm, ancaq bizim tələbələr orda bu fürsətdən istifadə edir”.
"Əbu-Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov da bu açıqlamanı etirazla qarşıladı. Qəzetimizə dedi ki, bu cür yanaşma ilə razı deyil: “Bunu hamıya şamil etmək düzgün deyil. Kiminsə faktı varsa, aydın desin və konkret ölkənin adını çəksin. Milli Məclis nümayəndəsinin bu məsələni hamıya şamil eləməsi qəribədir. Ümumiyyətlə, hal-hazırda xaricdə oxuyan tələbələrə qarşı hərəkat gedir. Ona görə hər kəs bu kimi ittihamlarla çıxış edib dediklərinin doğruluğuna camaatı inandırmaq istəyir. Təbii ki, bu, səhv fikirdir. İnsan xaricdə oxumasa da, hansısa tərəfə cəlb oluna bilər. Bu kimi məsələyə hər kəsin yanaşması vətənə, millətə münasibətindən asılıdır. Məncə, öz vətənini sevən insan kənar qüvvələrə meyil eləməz”.
Hacı Qamət kiminsə ələ alınmasını mümkün sayır, ancaq onun fikrincə, bunu ümumən xaricdə oxuyanlara şamil eləmək onlara qarşı mənfi rəy yaratmağa xidmət edir: “Şəxsən mən Səudiyyədə oxuyub dinimizi öyrənmişəm. Oxuyub gəlmişəm. 10 ildir məsciddə fəaliyyət göstərirəm. Fəaliyyətim də hamının gözünün qabağındadır”.
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием