Показать сообщение отдельно
Старый 12.07.2009, 16:02   #57
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

завтра день рождения Аднана!


http://mediaforum.az/articles.php?la...90711065958781


TUTULAN GƏNCLƏRİN MƏHKƏMƏSİNDƏN BƏZİ TƏFƏRRÜATLAR. ABŞ SƏFİRLİYİ BƏYANAT VERDİ
2009-07-11 - 19:26:00



“Turan”a açıqlama verən vəkil İsaxan Aşurov deyib ki, gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbs müddəti 2 ayla məhdudlaşmaya, onlar 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərlər: “2 ay istintaq müddətidir. Prosedura əsasən, bu müddət bitdikdən sonra məhkəmə baxışı olacaq və yekun qərar çıxarılacaq”.

İstintaqın gedişini şərh edən vəkil Azərbaycan Konstitusiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının kobud şəkildə pozulduğunu deyib: “Bu, tam özbaşınalıq və bütün insan hüquqlarının pozulması idi. İstintaq materiallarından zərərçəkmişlərin şikayətləri yoxa çıxıb. Bunun əvəzində mən işdə basqınçıların şikayətini gördüm. Adnan və Eminin öz əlləri ilə yazıb polisə verdiyi şikayət necə yoxa çıxa bilər?”
İsaxan Aşurov əmindir ki, iş planlaşdırılıb və saxtalaşdırılıb: “Düşünürəm, istintaqın polislərdən başqa şahidi olmayacaq, çünki heç kim Adnan və Eminin kimisə döydüyünü təsdiq edə bilməz. Gənclərə qarşı planlaşdırılmış təxribatı onlara indiyədək tibbi yardım göstərilməməsi də sübut edir. Onları qandalla bir-birilərinə bağlamışdılar. Bu da saxlanılanlara qarşı qeyri-insani davranışı qadağan edən beynəlxalq konvensiyaların müddəalarının nümayişkaranə pozulmasıdır”.
Məhkəmənin istintaq materiallarına necə reaksiya verməsi barədə suala cavabda vəkil deyib ki, hakim bütün bu pozuntulara məhəl qoymayıb və müdafiə tərəfinin gətirdiyi dəlilləri nəzərə almayıb, üstəlik, iclasın qapalı keçirilməsi haqda qanunsuz qərar qəbul edib: “Bu təxribatı düşünüb həyata keçirən qurum, görünür, gəncləri cəzalandırmaq və iyulun 13-ü doğum günü olan Adnana hədiyyə etmək istəyib. Lakin həbs onları sındırmayıb. İstintaqda və məhkəmədə hər ikisi özlərini ləyaqətlə aparıb”.
“Turan”ın başqa bir məlumatına görə, Emin Milli və Adnan Hacıyevin hüquqlarının müdafiə edən əlaqələndirmə qrupu təsis edilib. Hüquqşünas Erkin Qədirli qrupun rəhbəri seçilib. Onun sözlərinə görə, iyulun 13-də qrupun ilk mətbuat konfransı olacaq.
ABŞ səfirliyi isə bu gün gənc fəalların həbsi ilə bağlı bəyanatla çıxış edib. Səfirliyin bəyanatında deyilir ki, Emin Milli və Adnan Hacızadə basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər: “Onlara hücum edənlər sərbəst buraxılıb. Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və gənclərə adekvat tibbi yardım göstərilməməsindən narahatıq.
Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq mühafizə orqanları qarşısında qaldırılıb. Biz bu istiqamətdə işi davam etdirəcəyik. Azərbaycan hakimiyyətini Adnan Hacızadə və Emin Millini zəruri hüquqi, tibbi yardımla təmin etməyə, öz vətəndaşlarının hüquqlarına hörmətə çağırırıq”.
__________________
Я стою в темноте, для одних я как тень,
Для других – невидим.

ночной дозор вне форума   Ответить с цитированием