Показать сообщение отдельно
Старый 12.07.2009, 02:54   #52
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.azadliq.org/content/article/1774718.html
«Sərhədsiz Reportyorlar» gəncləri təcili azad etməyə çağırır

11.07.2009
[IMG]file:///C:/DOCUME%7E1/user/LOCALS%7E1/Temp/msohtmlclip1/01/clip_image001.jpg[/IMG]
Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır
«Sərhədsiz Reportyorlar» Təşkilatı Səbail rayon Məhkəməsinin iyulun 10-da Emin Milli və Adnan Hacızadə haqqında çıxardığı qərarı pisləyib. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 222.1 maddəsi ilə xuliqanlıqda ittiham olunur.

«Sərhədsiz Reportyorlar» deyir ki, «hakim Rauf Əhmədov işə təcili olaraq yenidən baxmalıdır, çünki onları 2 ay saxlamaq düzgün deyil».

Təşkilat hesab edir ki, bu hökumətin rəqiblərinə qarşı çıxardığı əsassız məhkəmə qərarlarındandır: «Onlara vəkili ilə görüşməyə icazə verilməyib və ittihamlar əsassızdır. Biz onların sağlamlıq durumuna görə narahatıq və onları təcili azad etməyə çağırırıq».

Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır.

Azərbaycan «Sərhədsiz Reportyorlar» Təşkilatının 2008-ci ildə «Azadlıq İndeksi» siyahısında 173 ölkə arasında 150-ci yeri tutub.




http:// news . qaynar . info / 28744 . html

N
ƏHAYƏT AZƏRBAYCAN GƏNCLİYİ BİRLƏŞDİ

Bu gün bir araya g
ələn müxtəlif gənclik təşkilatları vahid hərəkat təsis etdilər

Yeni qurum “G
ənclərin Hüquqlarını Müdafiə Hərəkatı” adlandırılıb

QayNar: 11 iyul saat 12:00-da g
ənclərin toplantısı keçirilib. Toplantıda müstəqil gənclər təşkilatlarının nümayəndələri, eləcə də ictimai aktiv fəaliyyəti ilə tanınan gənclər iştirak ediblər.
reklamazapreshena.tut-nun verdiyi x
əbərə görə, əsas müzakirə mövzusu 10 iyunda məhkəmə qərarı ilə həbs olunan Emin Abdullayev (Milli) və Adnan Hacizadənin hüquqlarının müdafiəsini təşkil etmək olub. Bu məqsədlə toplantıda yeni hərəkatın təsis olunmasına qərar verilib.

H
ərəkat həbs edilmiş iki gəncin hüquqlarının bərpa olunması istiqamətində fəaliyyətlə birlikdə, həm də müdafiə prosesinin koordinasiyasını da təşkil etməyi qərarlaşdırıb.
“G
ənclərin Hüquqlarını Müdafiə Hərəkatı” (GHMH) adlanan yeni qurum bütün gəncləri əhatə edəcək və beləliklə də bütün gənclərə təmsil olunmaq haqqı verəcəkdir. Hərəkat adından danışmaq hüququ heç kimə verilməyəcək. Üzvlərin fərdi qaydada, nəzərdə tutulan hər hansı bir məqsəd istiqamətində atdıqları addımlara görə hərəkatın heç bir üzvü məsuliyyət daşımayacaqdır. Addımlar fərdi qaydada atıla bilər. GHMH-yə qoşulan şəxslərin və təşkilatların çoxluğu bu istiqamətdə gənclərin vahid gücünü nümayiş etdirməyə xidmət edəcəkdir. Hərəkatla bağlı məlumatlar yaradılacaq saytda əks olunacaqdır.
__________________
Я стою в темноте, для одних я как тень,
Для других – невидим.

ночной дозор вне форума   Ответить с цитированием