Показать сообщение отдельно
Старый 11.07.2009, 11:30   #798
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://musavat.com/site/shownews.php?news_id=56254
11.07.2009 [08:42]

ABŞ DAĞLIQ QARABAĞLA BAĞLI MADRİD PRİNSİPLƏRİNİ AÇIQLADI




Ağ Evin mətbuat xidməti Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Baza Prinsiplərinin detallarını açıqlayıb.
APA-nın ABŞ bürosunun xəbərinə görə, Ağ Evin mətbuat xidmətinin bir qədər əvvəl yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanıb. Bəyanatda bu prinsiplərin Helsinki Son Aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub. Ağ Evin mətbuat xidməti Madrid Prinsiplərinin konkret maddələrini də açıqlayıb.
  1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması
  2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi
  3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması
  4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ
  5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ
  6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi
Ağ Evin bəyanatında deyilir ki, Baza Prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, stabilliyin və firavanlığın yaranmasına səbəb olacaq.
Xatırladaq ki, “Böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz öz vasitəçilərimizə təlimat verdik ki, Madrid Sənədinin son tamamlanmış variantını prezidentlərə təqdim etsinlər. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.


Xəbər xidməti

__________________
Я стою в темноте, для одних я как тень,
Для других – невидим.

ночной дозор вне форума   Ответить с цитированием