Показать сообщение отдельно
Старый 20.06.2009, 20:07   #42
Местный
 
Регистрация: 02.07.2007
Сообщений: 410
Сказал(а) спасибо: 6
Поблагодарили 32 раз(а) в 22 сообщениях
Вес репутации: 20
yojik на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

По-моему, эта статья из двух частей, посвященная борьбе за восстановление прав тюркского языка в советские годы, тоже относится к этой теме.

http://www.azadliq.org/content/article/1755423.html
http://www.azadliq.org/content/article/1758089.html

Цитата:
«Mən sizin fransızcanı anlamıram»

Bakı «beynəlmiləl» şəhər idi. Bu adı güclə yazıb yapışdırmışdılar yazıq Bakının üstünə. O belə olmağa məcbur idi, hətta deyərdim ki, borclu idi. Birincisi, əhalisinin say tərkibinə görə (62% qeyri-azərbaycanlı idi), ikincisi, danışıq dilinə görə. Bakının dili rus diliydi. İdarə və müəssisələrdə çalışanların çoxu qeyri millətlər idi. Bütün yazışmalar rus dilində aparılırdı. Məzuniyyətə çıxmaq üçün ərizə də imperiyanın dilində yazılmalıydı. Bir misal. Azərbaycanca ərizə gətirən bir işçiyə başqa millətdən olan mühasibin cavabı belə olmuşdu: Mən sizin fransızcanı anlamıram!Unudulmaz məktub...

Möhtərəm Lenindən qalmış yadigar
Fəhlə və kəndli partiyamız var.
Partiya dərs verir, oxudur bizi
Həyatda görmürük oxuduğumuzu.
Belənçik azadlıq istəmirik biz,
İtdən də pis keçir bizim günümüz...

AZƏRBAYCANDA ANA DİLİN DÖVLƏT DİLİ OLMASI BOMBA KIMI PARTLADI!

20 gün sonra Bakının böyük zavodlarının bir qrup qeyri-azərbaycanlı fəhləsi Moskvaya-Xruşşova, Voroşilova və Qrişinə qərarın düzgün olmadığı barədə müraciət göndərdi: «Azərbaycanlılar həyasızcasına iclasları, kargüzarlıq işlərini öz dillərində aparmağa başlayıblar. Bakıda bu ola bilməz! Əks təqdirdə narazılıq dalğası güclənəcək».

Və aramsız məktublar və müraciətlər başladı, nə başladı! Ən acınacaqlısı da, bu axına ruslaşmış azərbaycanlıların qoşulmasıydı…
__________________
Eşşekle (Esel Heinz) müsahibe - QHT qanunu haqqında şok açıqlamalar
http://www.youtube.com/watch?v=Aaecvg7xCIk

yojik вне форума   Ответить с цитированием