Показать сообщение отдельно
Старый 08.05.2009, 20:28   #100
Новичок
 
Аватар для prosto tak
 
Регистрация: 24.02.2009
Сообщений: 10
Сказал(а) спасибо: 15
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 0
prosto tak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Volkan Посмотреть сообщение
Салют с 31 на 1 был на бульваре. Причем как минимум 20 минут грохотало. Вот такой вот Магерамлик был.

Это не считая множества вечеринок. Езды с сигналами и пр. пр.
Да Вы правы, но ведь не будете же и Вы отрицать, что отменили намечавшую грандиозную дискотеку до утра на площади Азадлыг.
Только что прочитал в газете "Йени Мусават" от 07.05.2009 интервью взятое у Аллахшюкюра Пашазаде, нашел и электронный вариант

Цитата:
ALLAHŞÜKÜR PAŞAZADƏ SÜKÜTÜ POZDU

Aprelin 30-da Neft Akademiyasında baş verən dəhşətli olaydan sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin heç olmasa mərhumların ailələrinə başsağlığı verməməsi birmənalı qarşılanmadı. Əksər müşahidəçilərin fikrincə, əslində mərhumların dəfn mərasimlərinə qatılmalı, günahsız ailələrin dərdinə şərik olmalı olan şeyx həzrətlərinin çoxsaylı insan tələfatı ilə nəticələnmiş qanlı olayla bağlı sükut nümayiş etdirməsi səbəbsiz deyil.

Təkcə terror olayı ilə bağlı deyil, şeyxin ümumilikdə son zamanlar məscidlərin qapadılması, dindarların təqib olunması ilə bağlı məsələlərə reaksiya verməməsi təbii ki, anlaşılan olmazdı. Şeyxin başsağlığı isə terror qurbanlarının ailələrinə böyük təskinlik olardı.
Bu suallara aydınlıq gətirmək üçün şeyxə müraciət etdik. Dini liderimiz sualın cavabında bildirdi ki, onun mərhumların ailələrinə başsağlığı verməməsi ilə bağlı xəbər doğru deyil:

- Biz hadisədən sonra başsağlığı vermişik, terroru pisləmişik. Ancaq bizim bu hadisə ilə bağlı başqa bir şey demək imkanımız da yoxdur. Yəni bunu kim, niyə törədib - o haqda bir söz deyə bilmərik.

- Amma kütləvi şəkildə qətlə yetirilən insanların dəfn mərasimində iştirak etməməyiniz gözlənilməz oldu...
- Bizim əsas işimiz məsciddə mərhumları yumaq, namaz qılmaq, dua eləməkdir. “Əjdər bəy” məscidinə 6 nəfəri gətirmişdilər. Biz onları şəriət qaydalarına əsasən yuyub təhvil vermişik. Biz bu işləri görmüşük. Ancaq gördüyümüz işləri hardasa danışmaq, camaata göstərmək niyyətində olmamışıq.

- 30 aprel qətliamını dini motivlərlə, dindar kəsimlə əlaqələndirmək cəhdləri var. Bu yanaşmalara münasibətiniz necədir?
- Mən bununla bağlı bir söz deyə bilmərəm. Bütün məsələlər araşdırılmalıdır. Din demir ki, get kimisə qətlə yetir. Belə bir qərarı kim dəstəkləyirsə, o da günahkardır.

- Bu ərəfədə vəhhabi təriqətinə mənsub olan 10 nəfər həbs olunub. Bununla bağlı nə deyə bilərsiniz?
- Yəqin araşdırmalar aparılacaq. Kiminsə hərəkətində qanun pozuntusu varsa, o da cəzasını alacaq. Dövlətin qanunları var. Hər kəs qanun qarşısında cavab verməlidir.

- Şeyx həzrətləri, bir müddət öncə "Şəhidlər" məscidinin bağlanması sizdə narahatçılıq doğururmu?
- Bu məsələ məndə heç bir narahatçılıq doğurmur. Eşitdim ki, təmirə dayanıb. Bu barədə mənə Hidayət Orucov deyib. Ona qədər mənim xəbərim yox idi. Dövlət rəsmisi deyirsə ki, bu, təmirə dayanıb, deməli, nə vaxtsa açılacaq. Ondan başqa mən heç nə eşitməmişəm.

- Xəbərlərə görə, Naxçıvandakı məsciddə videokamera qoyulub və gəlib-gedənlər izlənir, incidilir. Bu məsələləri araşdırmaq niyyətiniz varmı?
- Bilmirəm. Mənim bundan xəbərim yoxdur.

- Baş vermiş faciə ilə bağlı matəm elan olunmaması da birmənalı qarşılanmadı. Sizin bununla əlaqədar hakimiyyətə müraciət etməməyiniz nə ilə bağlıdır?
- Matəm odur ki, namaz qılasan, oruc tutasan, dua edəsən. Biz də bütün bunları elədik. Siz matəmi necə görürsünüz, vallah, bunu bilmirəm. Amma biz matəmi bu cür görürük. Hadisə ilə bağlı rəsmən matəm elan olunması, ya olunmaması məsələsinə gəlincə isə bu da dövlətin vəzifəsidir.

- Tələbələr istəyirlər ki, ölkədəki “Gül bayramı” təxirə salınsın, şənliklər dayandırılsın...
- Bu barədə də bir söz deyə bilmərəm. İstəsələr bu barədə qərar qəbul edə bilərlər. Biz öz borcumuzu yerinə yetirmişik... // Yeni Müsavat
Спрашивается каким правом он называется Председателем Управления мусульман Кавказа Шейхульисламом?
__________________
Искусство управления состоит в том, чтобы не позволять людям состариться в своей должности. Наполеон.


Последний раз редактировалось prosto tak; 08.05.2009 в 20:41. Причина: ошибка
prosto tak вне форума   Ответить с цитированием