Показать сообщение отдельно
Старый 08.05.2009, 15:15   #181
Местный
 
Аватар для Isa Gambar
 
Регистрация: 23.02.2009
Сообщений: 136
Сказал(а) спасибо: 7
Поблагодарили 21 раз(а) в 16 сообщениях
Вес репутации: 11
Isa Gambar на пути к лучшему
Мои фотоальбомы

По умолчанию


Uğur Paketi

Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılması üçün
Müsavat Partiyasının təkliflər paketi


Uğur paketinin başlıca məqsədi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi və işğal edilmiş torpaqları üzərində suverenliyinin bərpa olunmasıdır.
Qarşıya qoyulan əsas ümumi vəzifə isə Azərbaycanın bütün daxili potensialını səfərbər edib yenidən təşkil etmək yolu ilə onun milli təhlükəsizliyinin təmin olunması və beynəlxalq birlikdə öz layiqli yerini tutmasıdır.
Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Azərbaycan bir-birini tamamlayan sistemli, ardıcıl, məqsədyönlü daxili və xarici siyasət aparmalı, aşağıda göstərilən tədbirləri görməlidir.


Xarici siyasət

Azərbaycanın dinamik inkişafda olan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, Ermənistanın təcavüzkar dövlət kimi tanınması, beynəlxalq hüquq normalarına uyğun olaraq ona qarşı sanksiyaların tətbiq olunması və işğal altında olan torpaqların dinc, danışıqlar yolu ilə azad olunması xarici siyasət sahəsində qarşıda duran əsas vəzifələr olmalıdır.
Bu vəzifələri yerinə yetirmək üçün Azərbaycan:
- vaxt itirmədən dinc, demokratik və bölünməz Avropaya inteqrasiya strategiyasını ardıcıl olaraq
inkişaf etdirməli;
- NATO-ya üzvlük üçün rəsmən müraciət etməli, AB-yə inteqrasiya prosesini sürətləndirilməli;
- potensial strateji müttəfiqi olan ABŞ-la ikitərəfli münasibətləri yeni səviyyədə qurmağa nail
olmalı;
- təbii müttəfiqi olan qardaş Türkiyə ilə strateji tərəfdaşlığına real məzmun verməli, ikitərəfli
münasibətlər potensialını müttəfiqliyə doğru sürətlə inkişaf etdirmək üçün onunla birgə
komissiya yaratmalı və birgə strateji inkişaf proqramı işləyib hazırlamalı;
- İsraillə ikitərəfli münasibətləri sıx inkişaf etdirməli və strateji tərəfdaşlığa nail olmalı;
- GUAM çərçivəsində çoxtərəfli, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Gürcüstan-
Ukrayna formatlarında isə üçtərəfli əməkdaşlığı davamlı olaraq inkişaf etdirməklə yanaşı
Gürcüstanla ikitərəfli münasibətləri gerçək strateji tərəfdaşlıq əsasında qurmalı və inkişaf
etdirməli;
- Rusuya ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı ikitərəfli qonşuluq münasibətlərini inkişaf
etdirməklə bərabər balanslaşdırıcı əks-təsir mexanizmləri də işləyib hazırlamalı və zərurət
yarandıqda istifadə etməli;
- İranla ikitərəfli münasibətlərin pozitiv istiqamətdə, milli maraqlarımıza uyğun inkişafını təmin
etmək üçün xüsusi proqram işləyib hazırlamalı,eyni zamanda onun demokratikləşməsi və
liberallaşması üçün beynəlxalq birliyin göstərdiyi bütün səyləri dəstəkləməli;
- öz ətrafında əlverişli beynəlxalq şərait yaratmaqla, beynəlxalq aləmdə nüfuzunu artırmaqla eyni
zamanda Ermənistanın təcavüzkar dövlət kimi tanınması istiqamətində ardıcıl, məqsədyönlü,
inadkar siyasət aparmalı, konfliktin beynəlxalq hüquq normalarına və BMT-nin qəbul etdiyi
qətnamələrə(№ 822, 853, 874 və 884) uyğun həllinə nail olmalı;
- konfliktə və onun həllinə, eyni zamanda danışıqlar prosesinin konsepsiyasına yanaşmanın
dəyişməsinə nail olmalı, yanaşma «təcavüz nəticəsində yaranmış reallıqlar» əsasında deyil,
beynəlxalq hüquq normaları və prinsipləri əsasında olmalı, danışıqlar prosesini Minsk qrupunun
mandatına uyğun olaraq(öncə işğal altındakı torpaqlar azad edilməli, sonra Dağlıq Qarabağın
statusu müzakirə olunmalıdır) aparmalı;
- danışıqlar prosesində Ermənistanın hərbi-siyasi müttəfiqi olan və konfliktin arxasında duran
Rusiyanın birtərəfli, üstün iştirakının milli maraqlarına cavab vermədiyini nəzərə almalı,
üçtərəfli ABŞ-Rusiya-Türkiyə vasitəçiliyinin bərpasına və ya ABŞ, Böyük Britaniya, AFR,
Fransa, Türkiyə və Rusiyanın daxil olduğu, beynəlxalq birlikdə söz sahibi olan ölkələrdən
ibarət kontakt qrupunun yaradılmasına nail olmalı;
- Gürcüstan böhranının həllində aktiv rol oynayan və böhrandan sonra yaranmış yeni şəraitdə
C.Qafqazda aktiv xarici siyasət aparan AB-nin və Qara dəniz hövzəsində aktivləşən NATO-nun
konfliktin həllində birbaşa iştirakına çalışmalı;
- Ermənistan-Azərbaycan münaqişəsi üzrə beynəlxalq hərbi tribunalın yaradılması, yandırılmış
torpaq və etnik təmizləmə siyasəti aparan hərbi cinayətkarların məsuliyyətə cəlb olunması üçün
ardıcıl olaraq aktiv siyasi-diplomatik iş aparmalı;
- dünyanın aparıcı dövlətlərində, ilk növbədə ABŞ, AB və Rusiyada effektiv lobbi fəaliyyətinin təşkili üçün xüsusi proqram işləyib hazırlamalı, bu ölkələrdə nüfuz sahibi olan lobbilərin təsir və imkanlarından səmərəli istifadə etməyə çalışmalı, azərbaycan və türk diasporalarının da potensialından maksimum istifadə etməklə işğal olunmuş ərazilərin azad olunması üçün beynəlxalq aləmdə xüsusi kampaniya başlatmalıdır.
Konflikt beynəlxalq hüquq normaları və prinsipləri, Azərbaycan Respublikasının Konstitutsiyası əsasında dinc, danışıqlar yolu ilə həll edilməli və danışıqlar prosesində başlıca prinsiplər:
- dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət;
- milli, etnik azlıqların hüquqlarının qorunması(mədəni muxtariyyat, yerli özünüidarə və iqtisadi
sərbəstlik);
- və beynəlxalq öhdəliklərlə möhkəmləndirilən təhlükəsizlik təminatı olmalıdır.
Eyni zamanda etnik təmizləmə siyasəti nəticəsində öz tarixi vətənlərini tərk etməyə məcbur olmuş azərbaycanlılar Ermənistana qaytarılmalı, beynəlxalq hüquq normaları və prinsipləri əsasında onların da statusları müəyyən olunmalıdır.


İqtisadi siyasət

Azərbaycan iqtisadiyyatının inkişafı və gücləndirilməsi üçün:
- neftdən asılı olan ölkə iqtisadiyyatının hərtərəfli, balanslı inkişafını təmin edəcək İqtisadi
İnkişaf Proqramı (Müsavat Partiyasının belə bir proqramı vardır) qəbul edilməli;
- iqtisadi inkişafa və bütün ölkə əhalisinin maraqlarına cavab verə biləcək özəlləşdirmə
aparılmalı və başa çatdırılmalı;
- iqtisadi inkişafı, eyni zamanda xarici investisiyaların cəlb olunmasını stimullaşdıran və ölkə
əhalisinin sosial-iqtisadi maraqlarını nəzərə alan vergi siyasəti aparılmalı;
- dövlət kiçik və orta biznesin inkişafına yardım göstərməli;
- xarici kapitalın ölkəyə davamlı olaraq artan axınını təmin etmək üçün siyasi, hüquqi və iqtisadi
bazanın yaradılmasını nəzərdə tutan dövlət proqramı qəbul olunmalı;
- işsizliyin aradan qaldırılması və əmək qabiliyyətli(eyni zamanda döyüş qabiliyyətli) ölkə
əhalisinin vətənə dönüşü üçün iş yerlərinin açılmasını nəzərdə tutan dövlət proqramı işlənib
hazırlanmalı;
- milli təhlükəsizliyi təhdid həddinə çatmış rüşvətxorluq və korrupsiyaya qarşı sərt mübarizə
aparılmalı(Müsavat Partiyasının bu sahədə proqramı vardır);
- mərkəzində bir ailənin durduğu klanın iqtisadi inhisarına son qoyulmalı;
- ölkənin coğrafi mövqeyi, enerji ehtiyatları və nəqliyyat imkanlarından iqtisadiyyatın inkişafı
üçün, eyni zamanda xarici və regional siyasətdə səmərəli istifadə olunmalı;
- effektiv büdcə siyasəti aparılmalı, ölkənin maliyyə ehtiyatları artırılmalı və səmərəli idarə olunmalıdır.


Müdafiə və təhlükəsizlik siyasəti

Azərbaycanın müdafiə və hərbi potensialını artırmaq, hərbi təhlükəsizliyini təmin etmək üçün:
- siyasi, iqtisadi sahələrlə yanaşı hərbi sahədə də gerçək demokratik islahatlar aparılmalı(ayrıca
proqram işlənib hazırlanmalıdır);
- Yeni Avropa təhlükəsizlik sisteminə tam inteqrasiya prosesi sürətləndirilməli;
- NATO ilə imzalanan ikinci Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı(İPAP) zamanında tam olaraq
yerinə yetirilməli və alyansla siyasi dialoq başlanmalı;
- mümkün olan ən qısa müddətdə ölkəmizin MAP-ə(NATO-ya üzvlük üçün hazırlıq planı)
qoşulmasına nail olunmalı;
- təhlükəsizlik problemlərinin, o cümlədən Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın
ərazi bütövlüyünün pozulması məsələsinin NATO ilə birgə müzakirəsi üçün Sülh Naminə
Tərəfdaşlıq proqramı çərçivəsində mövcud olan 28+1 formatında məsləhətləşmələr
mexanizmindən səmərəli istifadə olunmalı;
- müdafiə və hərbi planlaşdırma siyasəti sahəsində NATO ilə birgə məsləhətləşmələr aparılmalı;
- artmaqda olan maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə NATO standartlarına uyğun
yüksək döyüş qabiliyyətli modern ordu qurulmalı;
- ordu quruculuğu sahəsində elitar hissələrdən başlamaqla peşəkar orduya keçilməli;
- «preventiv müdafiə» siyasəti aparılmalı, danışıqlar prosesində haqlı mövqeyi açıq hərbi
üstünlüklə də möhkəmləndirilməli;
- ölkədə milli birlik, milli məsələlərdə siyasi konsensus əldə olunmalı və milli vətənpərvərlik ruhu gücləndirilməlidir.


Daxili siyasət

Azərbaycanda daxili siyasi sabitliyin və milli birlik üçün əlverişli zəminin yaranması, eyni zamanda onun beynəlxalq nüfuzunun güclənməsi, avropa və avroatlantik institutlara inteqrasiyasının sürətlənməsi üçün siyasi sahədə də demokratik islahatların aparılması və ilk növbədə:
- cəmiyyətdə siyasi plüralizm, demokratiya və insan haqları, qanunun aliliyi və hüququn
üstünlüyü, azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinin təmin olunması;
- hakimiyyətin xalqın iradəsilə, dinc yolla dəyişilməsini və seçkilərin demokratikliyini təmin
edən hüquqi bazanın yaradılması(qanunlar paketinin qəbulu);
- beynəlxalq standartlara cavab verən azad və ədalətli seçkilərin keçirilməsi;
- demokratiya və insan haqlarına hörmət;
- visdan məhbusları və siyasi dustaqların dərhal azad olunması;
- müvəqqəti saxlama və cəzaçəkmə yerlərində fiziki, mənəvi-psixoloji təsir və təzyiqlərə, ən
başlıcası isə işgəncələrə son qoyulması;
- söz və mətbuat azadlığının təmin olunması, müstəqil KİV-lərə təzyiqlərin aradan qaldırılması
və onların inkişafı üçün dövlət tərəfindən güzəştli şəraitin yaradılması;
- vətəndaşların sərbəst toplaşma hüququnun təmin olunması;
- hüquqi dövlət quruculuğu üçün demokratik hüquqi islahatların(o cümlədən hüquq-mühafizə
orqanlarında) aparılması;
- müstəqil məhkəmə sisteminin yaradılması;
- mülkiyyət hüququnun qorunması;
- qaçqın və məcburi köçgünlərin mövcud statusları saxlanılmaqla onların siyasi, mülki və humanitar hüquqlarının dövlət tərəfindən tam təmin olunması vacibdir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ictimai və beynəlxalq nəzarətin artırılması, problemə və onun həllinə AŞPA, Avropa Parlamenti, NATO PA kimi nüfuzlu beynəlxalq və regional qurumlarda, eyni zamanda xarici ölkələrin milli parlamentlətində diqqətin cəlb olunması baxımından Milli Məclisdə gec də olsa müvafiq komissiya yaradılmalıdır.
Azərbaycanın mövcud potensialının(siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat, maliyyə, hərbi və s.) inkişafı və qarşıya qoyulan başlıca məqsədə tam nail olunması üçün Uğur Paketində irəli sürülən təkliflərin reallaşdırılması ilə bərabər milli strateji inkişaf proqramı da işlənib hazırlanmalı və həyata keçirilməlidir.

Müsavat Partiyası Məclisinin 08 noyabr 2008-ci il tarixli iclasında qəbul edilmişdir.
(Sənədin ilk variantı ictimaiyyətə 4 oktyabr 1999-cu ildə təqdim edilmişdi.)



__________________
exceptis excipiendis

Isa Gambar вне форума   Ответить с цитированием