Показать сообщение отдельно
Старый 03.05.2009, 17:53   #685
Новичок
 
Регистрация: 01.02.2009
Сообщений: 29
Сказал(а) спасибо: 9
Поблагодарили 2 раз(а) в 2 сообщениях
Вес репутации: 0
bakuerin на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aksiyasını həyata keçirənlərdən 3-nü şəxsən görmüşük. Sifəti maskalı şəxslər idi". Bu barədə RİA-ya hadisənin şahidləri danışıblar...
- Mənim dostumu gözümün qabağında vurdular. Gözlərimin qarşısında can verdi. 3 nəfər idilər. Başlarında maska vardı. Heç nə elyə bilmədim. Qorxudan qaçıb canımı qurtardım. Amma rəsmi məlumatlarda deyirlər ki, bir nəfər olub. Necə bir nəfər olub ki, elə üçünü 3-cü mərtədə, Elektrotexnika kafedrasında gözləri ilə görənlər var. Şəxsən hadisə zamanı yaralanan Yusif də bunu təsdiq edər. O da dedi ki, 3 nəfər maskalı şəxslərdi. Bizim xüsusi təyinatlılar içəri daxil olanda maskalarını çıxarıb uşaqlara qoşulud çölə qaçdılar. Polislər imkan vermədilər ki, ağzımızı açıb deyək ki, qaçırlar, tutun. İtələyə-itələyə çıxardılar hamını çölə, - deyə tələbələrdən biri təəsüratlarını RİA-nın ADNA-nın qarşısında divaryazma aksiyasından reportaj hazırlayan əməkdaşına danışdı.

- Eşitdiklərini danışırsan, yoxsa gördüklərini?

- Birini mən şəxsən görmüşəm, - tələbə söhbətinə davam etdi. - Qara kurtka geyinmişdi, ayağında “kariçni” rəngdə krasovka vardı, köhnə cins şalvardaydı. Boy-buxunlu biri idi.

- Qaqaş sən bu barədə polisə ifadə vermisən?, - deyə dolu bədənli, ortaboylu, qarabuğdayı bir oğlan kənardan tələbyə sual verdi.

- Yox, dindirən var ki, ifadə də verim.

- Qaqaş, sən hər gördüyünü hər yerdə danışma, - deyə, oğlanın qoluna girib camaatın içərisinə tərf çəkdi.

- Mən şəxsən görməmişəm, amma uşaqlar dınışırlar ki, terrorçulardan birinin əynində ağ köynək olub. Kafedranını qapısını açıb gülürmüş, - başqa bir tələbə söhbəti davam etdirir. - Bir nəfərin olması barədə deyilənlər yalandı. Gözləri ilə görənlər olub. Biri aşağıda darağı dəyişəndə yuxarıda atəş səsləri gəlirdi.

“Uşaqların əksəriyyəti qanitirmədən öldü”

- Həlak olanların əksəriyyəti qanitirmədən ölüblər, - başqa bir tələbə söhbətə qoşuldu. - Təcili yardım maşınları zəngdən 40-45 dəqiqə sonra gəldilər. Həkimlər durub baxırdılar, biz yaralıları qucağımızda aşağı daşıyırdıq. Əminliklə deyə bilərik ki, Cabbarov Savalan qanitirmədən öldü. Bunu şəkillərdən də aydınca görmək olar. Biz onu yuxarıdan düşürdəndə sağ idi. Köynəyində o qədər də qan yox idi. Amma sonradan aşağıdakı şəkillərinə baxırıq, bütün qan içərisindədir.

“Pəncərədən polisləri çağırırdıq”

- Terrorçular içəridə camaatı qırırdı, polis çöldən tamaşa edirdi, - deyə başqa bir tələbə söhbətə müdaxilə edir. - Pəncərədən qışqırırdıq ki, uşaqları vururlar, girin içəri, yerlərindən tərpənmirdilər. Hadisədən 40 dəqiqə sonra polis içəri daxil oldu.

- Ümumiyyətlə silahın səsindən müəyyən edə bildiniz hansı silahdan atəş açlır?

- Dərsdə oturmuşduq. Bayırdan güllə səsləri gəldi. Əvvəl əhəmiyyət vermədik. Elə bildik kimsə fişəng partladır. Ardıcıl atırdılar. Avtomat silahdan atılan kimi, - deyə tələbələrdən biri sualı cavablandırdı. - Exo verirdi deyə səsindən müəyyən etmək olmurdu. Həm də müəllimlər atəş səsini eşidib, qapının qarşısını kəsdilər, qoymadılar çölə çıxaq.

- Amma mən bir neçə giliz gördüm Fərdanın meyitinin yanında, - deyə başqa bir tələbə müdaxilə etdi. - Balaca gilizlər idi.

- Bəs tapançanı gördün?

- Qara rəngli tapança idi, elə bil paslı idi.

- Fərdanın özünü necə, heç əvvəllər görmüşdüz məktəbdə?

- Yox görməmişdik.

- Bəs dönər satanı necə, tanıyırdız?

- Belə görmüşdük, dönər alırdıq bəzən oradan, amma tanışlığımız yox idi.

- Bəs Fərdanın özünü vurduğunu görən olub?

- Yox, mən çıxanda o yerdə uzanmışdı. Amma deyirlər ki, onu snayperlə vurublar. Onun meyiti olan yerdə pəncərənin şüşəsi də sınmışdı.

Başqa bir tələbə müdaxilə edir. – Altıncı mərtbəyə mən də çıxmışdım. Orada pəncərələr sınmamışdı. Pəncərələr aşağı mərtəbədə sınmışdı.

“Uşaqlar dərsə gəlmək istəmirlər”

– Yekaternburqda diskotekada 4 nəfər ayaq altında qalıb öldü, şəhərdə matəm elan elədilər. Amma bizdə terror hadisəsi olub, 13 nəfər ölüb, bir o qədər də yaralı var, amma bunu faciə adlandırırlar, matəm elan eləmirlər. Niyə?! Düşünürlər terror deyib, matəm elan eləsələr caamatda xof yarana bilər. Artıq o xof var, heç kəs dərsə girmək istəmir o hadisədən sonra, - deyə başqa bir tələbə ölkədə matəm elan olunmamasına etirazını bildirir. - Birinci gün hamını dərsə çağırıblar. Qızlar ağlaşırlar ki, bizim dostlarımız ölüb burada, necə oturaq dərsdə. Gəlib görərsiz, heç kəs qorxusundan gələn deyil.

“Pulluların uşaqları dərsə silahla gəlirlər”

- Pulluların uşaqları var, burada oxuyan, Məhərrəm, Mahir, Mətləb, həmişə üstlərində silah gəzdirirlər. Bundan başqa maşınlarında da həmişə silah olur. Başqa vaxt silahlarını gözümüzə soxub “risovkalıq” edirlər, - tələbələrdən biri söhbətin mövzusunu dəyişdi. - Həmin gün onlar da binadaydılar. Deyirik ki, silahınız var, niyə atəş açmırsız, qaçıb gizlənirsiz? Cavab verirlər ki, can hər şeydən əzizdi, canımızdan bezməmişik ki, özümüzü təhlükəyə ataq.

“Rektorun otağına kamera var, binada isə yoxdu”

- Bunları tələbələrin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Rektorun otağında kamera quraşdırılıb. Utanmsa tualetə də kamer qoydurar, - tələbələrdən biri ADNA-dakı təhlükəsizlik tədbirlərindən gileyləndi. - Bu boyda binaya bir kamera da yerləşdirlməyib. Qapıda bir polis nəfəri də daynamır. Bir yaşlı kişi ilə qoca qadındı. Istənilən adam girib çıxır. Mən özüm başqa məktəbdə oxuyram, dəfələrlə gəlmişəm bura. Bir nəfər soruşmayıb ki, a bala hara gedirsən, kimsən. Amma indi ziyarətə gəlmişik, içəri buraxmırlar. Gül gətirmişik qoymağa, deyirlər olmaz. Amma öldürməyə gələnlərin qarşısını kəsən də olmur. Camaat yas içərisindədir, bunlar tələbənin qanı axan yerə gətirib hansısa istirahət mərkəzinin elanını yapışdırıblar. Qoparmaq istəyirik, polis imkan vermir. Bu qədər hörmətsizlik olar. Hələ də bina qan qoxuyur, amma bunlar camaatı mayın 30-da “Şəfa” istirahət mərkəzinə çağırırlar.

http://ria.az/gundem/9621.html
__________________
За человеком оставлены возможность и право быть человеком - как и свобода выбора между добром и злом.(с)

bakuerin вне форума   Ответить с цитированием