Показать сообщение отдельно
Старый 02.05.2009, 11:02   #497
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Вес репутации: 66
Placebo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Dr. Elnur NƏSİROV 01. 05. 2009

BLOOD and OIL
Neftlə Qanın Əsrarəngiz Dueti

Blood and oil, yəni qan və neft. Bu iki söz dünyanın yaxın tarixində bir çox dəfə birlikdə tələffüz edilmiş, gündəmə gəlmişdir. Xüsusilə Orta Şərqin müasir tarixi bu iki kəlməni az qala bir-birindən ayrılmaz bir bütünə çevirmişdir. Bu mövzuda bir çox əsər qələmə alınmışdır. Hətta bu mövzu ilə bağlı eyni adı daşıyan (Blood and Oil) sənədli bir film də çəkilmişdir. Arzu edənlər buradan tamaşa edə bilər.

http://www.youtube.com/view_play_list?p=B07B09DB112183A5

Eləcə də Azərbaycanın son bir əsirlik tarixində bu iki söz bir çox dəfə yanaşı yazılmışdır. Dünən (30 aprel 2009) bu iki kəlmə müasir tariximizdə yenidən yanaşı yazıldılar. NEFT Akademiyasında QANLI hadisə baş verdi. Son bir neçə aylıq siyasi gərginliyin bir bədəlinin olacağını təxmin etmək çətin deyildi. Lakin belə qanlı bir cinayətin törədiləcəyini yəqin ki, heç kim güman etmirdi. Səsli-küylü cinayət üçün seçilmiş yer həqiqətən mənadar idi. Sanki kimsə konkret bir yerə konkret bir mesaj vermək istəmişdi: “Neft vəya qaz məsələsində kiçik bir tərəddüdün nəticəsi çox ağır olacaq”. “Mesajı” “gətirənin” kimliyindən daha çox onu “göndərən” kimliyi haqqında düşünməyə dəyər və bu haqda düşünərkən bir neçə ehtimal meydana çıxır.
Qanlı hadisəni törədən cinayətkar milliyətcə azərbaycanlıdır və Gürcüstan vətəndaşıdır. Uzun müddət Rusiyada yaşayıb. Mətbuatdakı məlumatlara görə özünə qapanmış bir tip olub. İstifadə etdiyi silah Rusiyada istehsal olunan Makarov tipli tapancadır. Standart 7 güllə tutan darağ deyil, xüsusi hazırlanmış 40 güllə tutumlu darağdan istifadə olunub. Qətlə yetirilmiş və yaralanmış şəxslərin demək olar ki, hamısının baş nahiyəsinə atəş açılıb.
Beləcə, qatil Gürcüstan vətəndaşıdır. Elmar Hüseynovun qətlində təqsirli bilinən iki şəxs də Gürcüstan vətəndaşı idi. Cani bir ay əvvəl ölkəyə gəlib. Deməli cinayət ölkə xaricində planlaşdırılıb. Qatil isə milliyətcə azərbaycanlı olub. Buna görə də ölkə daxilində rahat, şübhə və diqqəti cəlb etmədən hərəkət edə və ünsiyyət qura bilib. Caninin uzun müddət Rusiyada yaşamış olması istər istəməz Rusiya xüsusi xidmət orqanlarının bu hadisədə əli olduğunu fikrini doğurur. Üstəlik silah və onun üçün xüsusi hazırlanmış darağ da bu ehtimalı gücləndirir. Qatil xüsusi atəş təlimi keçdiyi üçün kifayət qədər sərrast atəş açaraq hədəflərini baş nahiyəsindən vura bilmişdi. Baş nahiyəsinə atəş açması isə ölü sayının mümkün qədər çox olmasının arzu edilməsindən irəli gəlmişdir.
Yuxarıda qeyd etdiyim kimi, kimsə konkret bir yerə konkret bir mesaj vermək istəmişdi. Rusiyanın Azərbaycana hal-hazırda belə bir “mesaj” göndərməsi mümkün görünsə də ağılabatan deyil. Çünki hal-hazırda Rusiya-Azərbaycan əlaqələri kifayət qədər yüksək səviyyədədir. Qaz məsələsində də Azərbaycan Rusiya ilə əməkdaşlığa üstünlük vermişdir. Lakin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gərginlikdən sonra normallaşma prossesinə qədəm qoyması Rusiyanı narahat etmiş ola bilər. Amma bu narahatlığın belə bir cinayətlə ifadə edilməsi ağılabatan deyil.
Bunun əksini düşünsək deyə bilərik ki, Azərbaycanla Rusiya arasındakı yaxınlaşma və bu yaxınlaşmanın enerji məsələsi kimi qərb üçün həyati əhəmiyyət daşıyan bir sahədə təzahür etməsi qərbi, daha da konkretləşdirsək ABŞ-ı ciddi narahat etmiş olmalıdır. Azərbaycan prezidentinin Sofiyadakı eneriji sammitində iştirak etməməsi görünür müəyyən yerləri ciddi narahat edib. Caninin Bakıya gəlməmişdən əvvəl Gürcüstanda qalması da bu ehtimalı gücləndirir. Məlum olduğu kimi Gürcüstan qızılgül inqilabından sonra (super) NATO-nun cənubi Qafqazdakı dayaq nöqtəsi olmuşdur. Məlum olduğu kimi Sofiyadakı enerji sammiti NABUCCO layihəsinin gerçəkləşdirməsinin müzakirə olunduğu bir toplantı idi. NABUCCO qərb üçün həyati əhəmiyyət daşıyır. Avropa İttifaqı Rusiyadan qaz asılılığının aradan qaldırması üçün əlindən gələn hər şeyi edəcəkdir. Çünki ittifaqa yeni üzv olmuş şərqi Avropa ölkələrinin qaz şantajına məruz qalması Aİ-nın Rusiya qarşısında aciz duruma düşməsi ilə nəticələnir. Aİ bu problemi mütləq aradan qaldırmaq niyyətindədir. Xərəz hövzəsindəki enerji resurslarının bu layihənin həyata keçirilməsində oynayacağı rol böyükdür. Bununla yanaşı Türkiyənin bu yaxınlarda İraqla əldə etdiyi razılaşmalar da İraqdan, eyni zamanda İrandan alınan qazın da bu layihədə istifadə ediləcəyini göstərir. ABŞ-la İran arasındakı buzların əriməsi İranın Türkiyəyə ixrac etdiyi qazın həcminin artmasına müsbət təsir edə bilər. Bundan başqa Türkiyənin körfəz ölkələri ilə yaxın əlaqələr qurması Qatar, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi əsas qaz ixracatçısı ölkələrin də gələcəkdə İordaniya və Suriyadan keçən boru kəməri vasitəsi ilə bu layihədə iştirak etməsini təmin edə bilər. Belə məlum olur ki, Azərbaycan tərəfinin NABUCCO-da ixracatçı kimi deyil, tranzit ölkə kimi iştirak edə biləcəyini açıqlaması bu layihə sahiblərinin ciddi əndişəsinə səbəb olmuşdur. Çox təəssüf ki, bu əndişə bu məsələdə heç bir günahı olmayan 13 nəfər gəncin həyata gözlərini yumması ilə nəticələndi.
__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием