Показать сообщение отдельно
Старый 01.05.2009, 23:22   #447
Местный
 
Аватар для Fireland
 
Регистрация: 06.08.2006
Сообщений: 8,496
Сказал(а) спасибо: 770
Поблагодарили 451 раз(а) в 303 сообщениях
Вес репутации: 100
Fireland на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

"Fərda evdə bütün günü musiqiyə qulaq asır və məşq edirdi"

Akademiyada kütləvi qətl törədən Fərda Qədirovun qonşusu ANS-ə açıqlamasında belə deyib
"Fərda çox sakit adam idi. O evdən çölə çıxmır, bütün günü evdə musiqi dinləyir və idmanla məşğul olurdu". Bu barədə məlumatı ANS-in Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində olan müxbirinə Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnən silahlı basqını törətdiyi bildirilən Fərda Qədirovun qonşusu Fərman Nəbiyev verib. Onun sözlərinə görə, Fərda Qədirov təxminən ay yarım qabaq Bakıya dincəlməyə getdiyini deyərək, kənddən çıxıb. Bakıya gələndə isə evlərinin açırını qonşuların təhvil verib. "Amma onun xarakterinə görə, heç bir qonşu ilə mənfi söz söhbəti olmayıb. Sakit, səssiz adam idi, çölə çıxmırdı. Bircə çörək alıb gələrdi. Bütün günü evdə olurdu. Heç kimə qarışmırdı". /ANS PRESS/
.

Fireland вне форума   Ответить с цитированием