Показать сообщение отдельно
Старый 01.05.2009, 15:18   #351
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 61
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Daxili İşlər Nazirliyində ciddi kadr dəyişikliyi

15:02 01-05-2009



Baş Kadrlar İdarəsinin rəisi, həmçinin bir neçə rayonun polis rəisi dəyişdirilib

Daxili işlər orqanlarında kadr dəyişiklikləri aparılıb. Hüquq-mühafizə orqanlarındakı mənbədən APA-ya daxil olan məlumata görə, bir neçə gün əvvəl Şamaxı rayon Polis şöbəsinin rəisi, polis polkovniki Eldar Cəfərov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə Biləsuvar rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mirəli Şıxəliyev təyin olunub. Biləsuvar rayonunun polis rəisi vəzifəsi isə hələlik boşdur.

Bundan başqa, Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Novruz Novruzov vəzifəsindən azad edilərək, Heydər Əliyev Beynəlxalq Hava Limanının polis rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, N. Novruzov əvvəllər də uzun müddət bu vəzifədə çalışıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının polis rəisi, general-mayor Məmməd Əsgərov isə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki İsmət Əliyev təyin olunub.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya məlumatı təsdiqləsə də, əlavə məlumat verməyib.


__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием