Показать сообщение отдельно
Старый 01.05.2009, 04:03   #295
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,199 раз(а) в 1,382 сообщениях
Вес репутации: 119
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Yeni Musavat

TERRORÇUNUN ATASI MÜSAHİBƏ VERDİ
Əsəd Qədirov: “Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndəsi ifadə almaq üçün Moskvada məni gözləyir”



Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına terror hücumu edən Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib. Ə. Qəribov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onu gözlədiyini deyib.
Ata bildirib ki, 1980-ci il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib: “Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, içki qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi”.
Qeyd edək ki, 60 yaşlı Ə. Qədirov artıq 15 ildir Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir-red) bazarda satıcı işləyir. Fərdadan başqa onun iki oğlu və bir qızı var.
Ə. Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podovskidə yaşayıb: “Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim”.
Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib: “Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...”


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием