А в этом утреннем сообщении говорилось, со ссылкой на очевидца, о двоих, вооруженных автоматческим оружием...
Цитата:
[ 30 Aprel 2009 11:32 ] 
Bakı-APA. Azərbaycan Neft Akademiyasında terror hücumu institutun “Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsi”nin 3-cü kursunun dərs keçdiyi auditoriyada baş verib.
Hadisənin baş verdiyi auditoriyada olan tələbələrdən biri APA-nın müxbirinə hadisəni belə nəql edib: “Dərsdə oturmuşduq, kimsə qapını təpikləməyə başladı. Qəfildən iki nəfər içəri girdi, əllərindəki avtomat silahla qarşı sırada oturanların boyun nahiyəsindən atəş açdılar. Uşaqlar auditoriyadan xaotik vəziyyətdə qaçmağa başladı. Mən dəhlizə çıxanda yerdə çoxlu sayda yaralıların olduğunu gördüm. Atəş açanlar slavyan mənşəli insanlar idi. Biri maskalı idi, digərinin başı isə açıq idi. Danışmadıqlarına görə, hansı millətdən olduğunu bilmədik”.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, terror hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb. Yaralıların dəqiq sayı isə bilinmir. Bəzi məlumatlara görə, terrorçuların biri zərərsizləşdirilsə də, digərini zərərsizləşdirmək hələlik mümkün olmayıb.
|
Azərbaycan Neft Akademiyasında terror aktının şahidi olan tələbə: “İki nəfər avtomatlı auditoriyaya girərək atəş açmağa başladı”