Показать сообщение отдельно
Старый 23.04.2009, 12:21   #429
Местный
 
Аватар для Placebo
 
Регистрация: 15.12.2006
Сообщений: 5,018
Манатов: 5,018
Банк: 0
Всего Манатов: 5,018
Отправить денежный перевод
Сказал(а) спасибо: 308
Поблагодарили 158 раз(а) в 125 сообщениях
Мои фотоальбомы

По умолчанию

BAKIDAN ANKARAYA ƏSRARƏNGİZ TƏKLİF!!!
“Sərhədləri açma, əvəzini ödəyərik”; cavab...



Türkiyə ilə Azərbaycan arasında Ermənistanla sərhəd məsələsinə dair yaşanan gərginliyə dair maraqlı bir təfsilat məlum olub. Diplomatik mənbələrdən aldığımız xəbərlərə görə, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən az əvvəl Azərbaycan və Türkiyə rəsmiləri arasında maraqlı və sensasiya sayıla biləcək dialoq olub. Azərbaycan yetkililəri Türkiyə rəsmilərini sərhədləri açmaq planından daşındırmaq üçün konkret təklif irəli sürüblər: “Sərhədlərin açılması nəticəsində Türkiyə iqtisadiyyatının əldə edə biləcəyi gəliri kompensasiya etməyə hazırıq. Ermənilərdən qazanacağınızın iki mislini də verərik, sınırları açmağı bir-iki il də ertələyin... ”
“Yeni Müsavat”ın müxbiri Azərbaycan tərəfinin AKP iqtidarı yetkililərinə pul təklif etməsi xəbərini başqa bir mənbədən də dəqiqləşdirib. Söhbət qətiyyən rüşvətdən getmir; təklif olunur ki, yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanla sərhədlərin açılmasından Türkiyənin əldə edə biləcəyi gəlir hər iki ölkənin ortaq yaradacağı qeyri-formal komissiya tərəfindən hesablansın və Azərbaycan razılaşdırılmış hansısa bir rəqəmi Türkiyəyə ödəsin.
Lakin bütün bunların qarşılığında ilkin olaraq Azərbaycana daha ağır şərtlər irəli sürüb. Yayılan, fəqət təsdiq etdirə bilmədiyimiz məlumatlara görə, Türkiyə yetkililəri deyib ki, əgər Azərbaycan “Şahdəniz” qazının min kubmetrini 120 dollara satmağa və “Nabucco” kəməri vasitəsilə nəql etməyə razı olsa, o zaman sərhədlərin açılması planı təxirə salına bilər. Bildirilir ki, söhbətin bu müstəviyə yönəldilməsi Azərbaycan tərəfini qəzəbləndirib və rəsmi Bakı məhz bundan sonra Türkiyəyə “Nabucco” kəməri ilə qaz satmaq planlarından ümumiyyətlə imtina edib. Eyni zamanda xəbərdarlıq olunub ki, Türkiyə Ermənistanla sərhədlərini açmaqda sərbəstdir, ancaq Azərbaycan da buna cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görəcək. Məhz Türkiyə tərəfinin irəli sürdüyü şərt Azərbaycan rəhbərliyinin qazı Rusiyaya satmağa qərar verməsində həlledici olub.
Türkiyə tərəfindən sərhədlərin açılmaması üçün bu cür şərt irəli sürüldüyü haqda artıq bu ölkə mediası da bəhs edir. Ötən həftənin sonlarında Türkiyənin “Kanal Biz” televiziyasında çıxış edən və cümhuriyyətçilərə yaxınlığı ilə tanınan köşə yazarı Emil Çolaşan iddia edib ki, rəsmi Ankara Bakını qaz qarşılığında sərhəd kartı ilə şantaj edir. Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında “Şahdəniz” qazının alınmasına və nəqlinə dair neçə vaxtdır ki, problemlər var idi. Belə ki, Türkiyə “Nabucco” ilə nəql ediləcək Azərbaycan qazının 15 faizini daxili istifadə üçün öz ərazisində saxlamaq və pulunu bazar qiymətləri ilə deyil, hasilat qiymətinə ödəmək istəyib. Eyni zamanda Türkiyənin “Botaş” şirkəti Azərbaycan qazının tranziti ilə kifayətlənməyərək qazı sərhəddə aşağı qiymətə alaraq, onu Avropaya bazar qiymətlərinə satmaq niyyətində idi. Bu şərtlər isə nə Azərbaycanı, nə də “Nabucco” layihəsində maraqlı olan Avropa İttifaqını qane etməyib. Ona görə də “Nabucco”ya dair danışıqlar dalana dirənmişdi. Daha sonra isə Türkiyənin Ermənistanla sərhədlərini açması məsələsi gündəmə gəldi və bununla da Azərbaycan enerji strategiyasında Rusiya istiqamətli dəyişiklik etdi.
Türkiyədə baş verən son gəlişmələr isə onu göstərir ki, Tayyib Ərdoğan hökuməti proseslərin ciddiliyini və AKP-nin zərərinə işlədiyini fərq etmiş duruma gəlib. Türkiyə müxalifətinin, mediasının və cəmiyyətinin təpkisi (etirazı - red.) AKP yetkililərini əndişəyə salıb və artıq Azərbaycanı itirmək ərəfəsində olduqlarını fərq ediblər. AKP iqtidarının hörmətli baş nazirinin, daha sonra isə hökumət sözçüsü Cəmil Çiçəyin bir gündə iki dəfə üst-üstə təkzib vermələri də bunun göstəricisidir. Türkiyədə Azərbaycan sevgisinin bu qədər böyük ola biləcəyini gözləmirmiş bəlkə də AKP rəsmiləri. Üstəlik, Ərdoğan hökumətinə yaxın olan partiya Quzey Kiprdəki seçkiləri də uduzdu; bundan əvvəl bələdiyyə, indi isə Kipr seçkilərinin nəticələri AKP iqtidarına ciddi siqnaldır.


__________________

Jedem das Seine

Placebo вне форума   Ответить с цитированием