Показать сообщение отдельно
Старый 08.04.2009, 19:32   #142
Местный
 
Аватар для Isa Gambar
 
Регистрация: 23.02.2009
Сообщений: 136
Сказал(а) спасибо: 7
Поблагодарили 21 раз(а) в 16 сообщениях
Вес репутации: 11
Isa Gambar на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Scarlett Посмотреть сообщение
Иса бей как вы оцениваете ситуацию с открытием границ Турции? Допускаете ли что Турция способна без выполнений предварительных условий может открыт границы с Арменией. В чем конкретно выгода турции в этом? На сколько верны на данном этапе действие ИА? Если вы считаете не верным, то как бы вы поступили на его месте? Желательно аргументировать свой ответ. Буду благодарна если вы не задержитесь с ответом. Потому что вопрос актуален именно на данном этапе, пока граница не открыта.
Scarlett,

по техническим причинам на Ваши конкретные вопросы смогу ответить только завтра.

Уверен, что турки меня не подведут и не откроют границы до тех пор, пока я не отвечу Вам.


Выставляю здесь заявление, которое отражает официальную позицию нашей партии.



Müsavat Partiyasının bəyanatı

Türkiyənin Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla sərhədləri açmağa və ikitərəfli münasibətlər qurmağa hazırlaşması cəmiyyətimizdə üzüntü ilə qarşılanıb və ciddi narahatlığa səbəb olub. Qardaş Türkiyə Cumhuriyyətinin birtərəfli qaydada, ona qarşı ərazi iddialarından və dünyada “soyqırım”ın tanıdılmasından əl çəkməyən Ermənistana doğru mövcud şəraitdə paradoksal görünən bu addımı atması nə onun milli maraqlarının gerçəkləşməsinə, nə regional inkişafa, nə də Qarabağ münaqişənin həllinə müsbət təsir edəcək. Əksinə, hadisələrin bu istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və regional maraqlarının gerçəkləşməsinə əlverişli şərait yaratmaqla bərabər, Türkiyənin regionda təbii müttəfiqi olan dost və qardaş Azərbaycanla strateji dərinliyi olan və böyük potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə zərbə vura bilər. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından narahat olan ölkələr və güclər ikitərəfli münasibətlərin inkişafında yarana biləcək bu xoşagəlməz durumdan heç şübhəsiz yararlanmağa çalışacaq.

Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf meyllərindən, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən yuxarıda göstərilən səbəblərdən dərin narahatlıq keçirən Müsavat Partiyası, böyük dövlətçilik təcrübəsi olan Türkiyə Cumhuriyyətinin hökumətini qısamüddətli, taktiki maraqlar naminə strateji önəm daşıyan ikitərəfli münasibətlərimizi yaralaya biləcək addımlar atmaqdan çəkinməyə, qardaş türk xalqını, Türkiyəmizin dəyərli siyasət adamlarını və mediasını isə qardaşlıq və dostluq münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə daha həssas olmağa çağırır.

Müsavat Partiyası eyni zamanda, Azərbaycan hökumətini ikitərəfli münasibətlərə zərbə vura və ya kölgə sala biləcək tələsik addımlar atmaqdan çəkinməyə, xalqı isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət arasında mövcud olan münasibətləri pozmaq üçün fürsət axtaranlara meydan verməməyə çağırır.

Biz inanırıq ki, Türkiyə-Azərbaycan münasibətləri, eyni zamanda qardaş xalqlarımız arasında mövcud olan və tarixin sınağından dəfələrlə uğurla çıxan ikitərəfli münasibətlərimiz bu sınaqdan da möhkəmlənərək çıxacaq.

08 aprel 2009-cu il, Bakı
__________________
exceptis excipiendis

Isa Gambar вне форума   Ответить с цитированием