Показать сообщение отдельно
Старый 02.04.2009, 00:56   #95
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

28.03.2009 [07:28]

Yeni Musavat
Rubrika: ”MƏN UŞAQ OLANDA”

http://www.musavat.com/site/?name=content&mid=11#





“SİNİFDƏ HİNDULARIN BAŞÇISI İDİM”Hikmət Hacızadə: “Məktəbə gedən gün anam 5 qəpik verib məni yola saldı”

“Ailədə nemes fəlsəfəsi hökm sürdüyündən fərqli böyümüşəm”

Əslində bu fotolara baxıb, müsahibimin necə uşaq olduğunu təxmin etmək mümkündür. Sinifdəki 26 uşağın kollektiv çəkdirdiyi şəkil onu dərhal fərqləndirir. Birincisi və ən önəmlisi, pioner qalstuku taxmayıb, ikincisi isə ağ köynək geyinməyib. Amma ancaq geyimdəmi? Azadlıq aşiqi, Müsavat Məclisinin üzvü Hikmət Hacızadənin uşaqlıq xatirələri gözlədiyimiz kimi oldu. Etirazçı, fərqli, müstəqil bir cocuq... Valideynlərinin, müəllimlərinin dediyinə məntiqli şəkildə etiraz etməyi bacaran və hətta onları hindular, təcavüzkar qüvvələr adlandıran kiçik Hikmət... Əlavə sözə gərək yox. Hikmət bəylə fotolara göz gəzdirib, xatirələrini təzələyirik.
***
- Düzü, şən uşaq olmuşam. Fəlakətdə-zadda yaşamamışam. Şəhərdə böyümüşəm - “Azneft” həndəvərində qalırdıq. İlk 4 sinfi Bülbül adına musiqi məktəbində oxudum. Atam universitet, anam institut müəllimi idim. Bir balaca qardaşım da vardı. Belə götürəndə uşaqlığımı iki-üç cümləylə bu cür xarakterizə edərdim.
- Maraqlıdı, uşaq olanda da indiki kimi hazırcavab idiz? Yoxsa bu cəhəti yavaş-yavaş, illər keçdikcə qazanmısınız?
- O vaxtdan formalaşmışdım. Lap eləyə qalanda mən bu cür doğulmuşdum.(gülür)
- Musiqiylə məşğul olan kiçik Hikməti təsəvvürümüzə gətirə bilirik. Əlavə məşğuliyyət təkcə bu idimi?
- Yox, idmanla da məşğul olmuşam, musiqi qabiliyyətim də olub, marka da yığmışam. Şəhərdə uşaqlar nəylə məşğul idilərsə, biz də onların hamısıyla məşğul idik. Kitablar oxuyur, bir-birimizə kitablar verirdik.
- Davakar uşaq olmusunuz?
- O qədər də yox. Xüsusi olaraq dalaşqanlar, dava-dava deyənlər var. Amma mən dava axtaranlardan deyildim.
- Bizim rubrikada müşahidə etdiyim bir məqam olub ki, insanlar öz uşaqlıqları barədə danışanda ən çox müsbət məqamları qabardırlar. Hətta ən pis cəhətlərini belə şirin şəkildə təqdim edirlər. Dostlardan biri bu səbəbdən bizim rubrikanı memuara da bənzədir. Bəlkə uşaqlığınıza bir az tənqidi baxasınız?
- Yox, baxa bilmərəm. Mən də hamıdan şirin, ağıllı, qəşəng idim. Məni də hamı sevirdi. (ürəkdən gülür) Axı uşaqlıq hamının yaddaşında elə gözəl qalır ki... Çünki o yaşlarda uşağı əzizləyir, qoruyurlar, hamı ona kömək eləməyə çalışır. Zarafat bir tərəfə, mən hamıdan şirin, ağıllı deyildim. Yanımda məndən qat-qat ağıllı adamlar görürdüm. Sadəcə, məndə uşaqlıqdan etiraz ruhu var idi. Bunu mənə deyirdilər və heç kəs bu cəhətimi qəbul eləmirdi.
- Ən çox nəyə etiraz edirdiniz?
- İstənilən şeyə. Çoxluq “a” deyirsə, mən “b” deməliydim. İndi onun elmi adı nonkomforizmdir. Uşaqlıq şəkillərimə baxın - sinifdə çəkdirdiyimə. Hamı orda pioner qalstuku ilə oturub, təkcə mən - qalstuksuz idim. Bax, o səciyyəvi qalstuk idi. Ona görə yox ki, mən o qalstuku unutmuşdum, evdə qalmışdı və sair. Sadəcə, mən qəsdən qalstuk taxmırdım.
- Sovet dövrü, qalstukun pionerlər üçün dəmir atribut sayıldığı illər... Bu hərəkətinizə görə danlanmırdız, valideynləriniz məktəbə çağırılmırdı?
- O vaxt artıq Stalin dövrü deyildi, Xruşşov-Brejnev dövrü idi. Bir az azadlıq var idi. Bu hərəkətimə görə məni güllələyə bilməzdilər. Təbii, danlaya bilərdilər. Bu da bir “vızov” idi. Cəmiyyətə meydan oxuyursan ki, “mən qalstuk taxmıram, neyləyə bilərsiniz mənə?” Təbii ki, başıma tapança dirəyib, desəydilər ki, qalsutuku tax, bəlkə də taxardım. Amma bu tapançanı dirəyən olmadı. Sadəcə, danladılar, söydülər, mən də dözdüm.
- Bu qalstuk protesti nə qədər davam elədi? Yoxsa ancaq şəkil çəkdirəndə belə hərəkətlər edirdiniz?
- Protest o vaxtdan indiyə qədər davam edir. İlk gün necə etiraz edirdimsə, indi də elə edirəm. (gülür)
- Maraqlıdı, balaca Hikməti dost-tanışları, yaxın çevrəsi, lap elə valideynləri nəyə görə sevməzdi?
- Birincisi, etiraz ruhuma görə. Bu, nonkarfarmizm idi və böyük mövzu olduğundan bu barədə saatlarla danışmaq olar. Palaza bürünüb, elnən sürünmək məndə yox idi. Ona görə el məni o qədər də qəbul etmirdi. İkincisi, mən nədənsə inanırdım ki, düz sözü insanın üzünü deməklə, onu düzəltmək olar və vəziyyəti yaxşılaşdırmaq mümkündür. Qəsdən düzünü deyirdim. Tutaq ki, hamı kiminsə zəif cəhətlərini, qüsurlarını bilə-bilə onu tərifləyirdi. Mən gəlib deyirdim ki, “alə, yox ey, belə deyil, sən zəif yazmısan, ”ni to" hərəkət etmisən. Doğrusu, bu, kənardan baxanlara ləzzət eləsə də, həmin adamın özünə pis təsir edir, ağrı verirdi, inciyirdi və məni qəbul eləmirdi. Mən sonra bir az ağıllandım. Xalq Cəbhəsi vaxtında başa düşdüm ki, insanlar sınır, həqiqəti eşidə bilmirlər. Sənin deməyinlə onsuz da xasiyyətcə düzəlmir, sadəcə, sına bilər. Onda mən insanlarla münasibətdə bir az başqa taktika seçdim.
- Hikmət bəy, məktəbdə uşaqların müəyyən funksiyaları olur - sinifkom, təmizkom... Sizin üzərinizə düşən belə vəzifələr var idimi?
- Heç vaxt. Mən hesab edirdim ki, bu kanformizmdir. Bizə repressiv aparatla əməkdaşlıq təklif edirdilər. Yəni, müəllimlər hamısı repressiv aparat, “okkupantlar” idi. Biz isə müstəmləkə xalq - vuruşurduq. Mən hinduların başçısı idi. Ona görə də heç vaxt sinifkom-minifkom olmamışdım və olmazdım. Mənə görə sinifkom təcavüzkarlarla əməkdaşlıq demək idi.
- Deməli, bu qədər asi ruhda uşaq olmusuz. Yəqin, onda yoxlama işləri zamanı ədalət prinsipini əsas götürüb, sinif yoldaşlarınıza da yardım etməmisiniz. Dəmir qaydalarınız var idimi?
- O çətin sualdır. Çünki o vaxt əxlaq-mənəviyyat fərqli idi. Hamı-hamıya kömək eləməliydi və mən də yaxşı oxuyan şagird kimi hamıya kömək edirdim. Bizim geridə qalmış beynimiz o səviyyəyə çatmamışdı ki, mən “heç kimə imkan vermə ki, səndən köçürsünlər” deyə bilim. Dünya müstəmləkə hindulara, yəni, şagirdlərə və təcavüzkar müəllim aparatına bölünürdü. Müəllimlər bizə yoxlama işləri ilə işgəncə verirdilər, bizsə bir-birimizə kömək edərək, mübarizə aparırdıq.
- Yaman kriminal tonlarda oldu bu söhbət. Hindular, müstəmləkə, işgəncə....
- Düz deyirsiniz, bir az kriminalı çox oldu. Amma psixologiyamız oydu - müəllimlər və valideynlər, bir sözlə, böyük nəsil hamısı düşmənlərdir, o biri tərəfdə dayanmışdılar. Uşaqlar bir ölkəydi - müstəmləkə ölkəsi, yaşlılar isə təcavüzkar...
- “Dövlətlər” arasında müharibələr tez-tezmi olurdu? Kim qalib, kim məğlub olurdu?
- Daim mübarizə gedirdi. Demək olar ki, hər santimetrdə. “Onu demə”- “deyəcəm”, “bunu geymə”- “geyəcəm”, “belə saç uzatma”- “yaraşırsa, uzadacam” “ayağını ayağının üstünə qoyma”- “belə xoşuma gəlir, aşıracam”. Bu iki ölkə arasındakı mübarizənin xarakteri belə olurdu. O vaxt, yəni, 60-cı illərdə bütün dünyada liberal inqilab baş verdi. Bu liberal inqilab siyasi müstəvidə yox, şəxsi münasibətlər müstəvisində getdi. Həmişə mövcud olan atalar-oğlullar müharibəsi davam etdi. 60-cı illərdə güclər bərabərləşdi, 70-80-ci illərdə bütün dünyada gənclər qələbə çaldı. Azərbaycanda, Bakının mərkəzində də ailə və şəxsi münasibətlərdə bərabərləşmə, uşağın ləyaqəti, mənliyi, ağlına hörmət qoyulması kimi məsələlər ön sıraya çıxdı. Mən bu prosesi gördüyüm üçün çox xoşbəxtəm. Çünki onun içindəydim. Gitara çalır, saç uzadırdıq, rok, caz qrupumuz vardı. Bütün bunlar yaşlılar imperiyasına üsyan idi və nəticədə qələbə çaldı. Bizim evdə indi bərabərlikdir. Təxminən mən deyə bilərəm ki, şəhər uşaqları o qələbin çalıb və bərabər hüquqları qazanıblar.
- Qürur duyduğunuuz yeganə məqam bu inqilabçılığınız olub?
- Nonkomformist idim və bu, mənim ən böyük qürur yerimdir. Azərbaycan mentalitetində bu, olduqca böyük nailiyyətdir. Mən demirəm ki, mən onu qazanmışam. Nəsə belə baş verib ki, mən belə doğulmuşam. Elə adamlar var ki, onlar anadan zəif və ya nonkarfarmist doğulurlar. Sonra isə mübarizə apara-apara bərabər hüquqlar qazanırlar. Çexov özü haqda deyirdi ki, “mən damla-damla kölələyi öz ürəyimdə öldürürdüm”. Amma mən belə doğulmuşdum, ona görə də belə yaşamaq asan idi. Bununla fəxr edirəm.
- Bəs yadınıza düşəndə xəcalət çəkdiyiniz cəhətiniz hansı olub?
- Xəcalət çəkdiyim əsas məsələ kobudluğum idi. Hərdən xətrə dəyən sözlər deyirdim. Onlar əlbəttə, başucalığı gətirmir. Çünki özüm-özümə bəzi tənqidləri deyəndə hesab edirdim ki, bunu başqalarına da deyə bilərəm. Amma sonra başa düşdüm ki, hamı mənim kimi deyil. Mən çox adamı incik salmışam. Ona görə xəcalət çəkirəm.
- Bəs bu cəhətiniz dost çevrənizin daralmasına təsir edib?
- Mənim dost çevrəm həmişə geniş olub. İndiyə qədər də məktəb dostlarımla əlaqə saxlayıram. Ən əziz dostlar məktəb dostlarıdır. 40-50 ildir onlarla bir yerdəyik.
- Evdə iki qardaş böyümüsünüz... Maraqlıdı, bu, uşaqlığınıza necə təsir göstərib? Tutaq ki, bacınızın olmamasına görə ən çox hansı məqamda heyfislənmisiniz?
- Qardaşımdan 5 yaş böyük idim. Ona görə də mən başqa həyat yaşayırdım, o isə başqa həyat. Amma ailədə bacının olması vacib şərtdir. Olmadığı təqdirdə müəyyən çatışmazlıqlar yaranır. Məsələn, bacımın olmamasına görə mən qadın psixologiyasını başa düşmürdüm və ya pis başa düşürdüm. Gərək bacım olaydı.
- Bəs necə böyük qardaş olmusunuz? 5 yaş fərq həm də o deməkdir ki, siz bütün davalarda onun müdafiəçisi, arxa-dayağı olmusunuz.
- Çalışırdım ki, qardaşıma lazım gələndə kömək edim. Amma biz başqa-başqa həyatlar yaşayırdıq. Onun öz çevrəsi vardı, mənim öz çevrəm.
- Sizi daha çox anasına, yoxsa atasına bağlı uşaq adlandırmaq olar? “Oğlanlar anasına, qızlar isə atasına meylli olur” aksioması sizin ailənizdə də keçərli idi?
- Bu, çox çətin sualdır. Çünki bizim ailədə mənzərə bir az başqa cür idi. Ənənəvi Azərbaycan ailəsi deyildik. Ata-anam ənənəvi azərbaycanlı psixologiyasına o qədər də yaxın deyildilər. Onlar ziyalı idilər, özü də ənənəvi ziyalı deyildilər. Məsələn, 19-cü əsrdə Avropada proqressistlər deyilən zümrə var idi. Mənim atam da belələrindən idi. “Get, onu-bunu oxu”, “Boş-boş danışma”, “Ay mənim əziz balam” kimi cümlələləri bizim evdə eşitmək əsla mümkün deyildi. Anam da ondan beş qat artıq idi. Bizdə bir az “nemes” fəlsəfəsi var idi. Məsələn, bir misal gətirim, buna əmin olun. Biz “Azneft”də yaşayırdıq, amma atam məni Bülbül adına musiqi məktəbinə qoymuşdu ki, bir neçə il musiqi öyrənim. Bülbül məktəbi konservatoriyada yerləşirdi. Anam da o vaxt institutda müəllimə idi, səhərlər dərsə gedirdi. Birinci sinfə gedən gün o məni evdən çıxardı, bir yerdə 8 saylı trolleybusa mindik. Dedi, “oğul, bax, bu sən, bu yol, bu da 5 qəpik. Yolu yadında saxla”. Trolleybusla birgə getdik Konservatoriyaya. Ordakı dayanacaqda düşdük, məni məktəbə qoydu. Soruşdu ki, yol yadında qaldı? Dedim, hə, mama. İkinci gündən lap məktəbi qurtarana kimi mən o məktəbə həmişə tək gedib-gəldim.
- Deməli, heç vaxt əzizlənməmisiniz?
- Yox, elə şey olmayıb. Bəlkə bu, mənim valideynlərimin şəkili olmasıyla bağlıydı, ya da spesifik bir şey alınmışdı. Amma hər halda, ilk gündən verilən müstəqillik sonradan özünü bir çox sahələrdə göstərdi.
- Maraqlı bir uşaqlıq xatirəsi istəsəm, hansını danışadınız?
- Həm məktəbdə, həm ailədə bizə əvvəlcədən yazılmış qaydalara etiraz vardı. Məsələn, mən futbola baxmaq istəyirdim, atam çevirirdi. Həmin vaxt evdə dava düşürdü. İndi gülməli gəlir, amma uşaq üçün bu, üçüncü dünya müharibəsi kimi bir şey idi. Amma konkret bir xatirə nəsə yadıma düşmür.
- Uşaqlığınızda nəyi dəyişdirmək istəyirdiniz?
- Bəzən bu tip sualları eşidənlər “mən heç nəyi dəyişməzdim” “hər şeyin necə var, elə qalmasını istəyərdim” kimi cavablar verir. Bu, əlbəttə ki, axmaqlıqdır. İndi mənim əlimdə vaxt maşını olsaydı, min dənə şey dəyişərdim. Tutaq ki, minlərlə insanın boş yerə xətrinə dəymişəm, onları eləməzdim.

Sevinc TELMANQIZI
385 dəfə baxılıb




Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием