Показать сообщение отдельно
Старый 22.03.2009, 19:06   #29
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Rusiya Avropa Birliyini Azərbaycan və digər ölkələrdə nüfuz dairəsi yaratmaq istəməkdə ittiham edir By Ələkbər Raufoğlu
Voice of Amerika,
Vaşinqton
21/03/2009



Rusiya ilə Avropa arasında Moskvanın ənənəvi nüfuz dairəsi hesab etdiyi keşmiş Sovet məkanı uğrunda rəqabət 2 il əvvəl Avropanın genişlənməsindən sonra, yenidən açıq müstəviyə keçməkdədir.


Bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini tərəfdaşlıq təklif eləməklə, daha 6 keçmiş Sovet respublikası üzərində nüfuz dairəsi yaratmaq istəməkdə ittiham edib.

Moskva öz sərhədləri kənarında Avropanın hegemonluğunu qəti rədd edir və Qonşuluq Proqramının ardınca irəli sürülmüş Şərqi Tərəfdaşlıq planını təhlükə sayır. Sergey Lavrov deyib ki, Şərq tərəfdaşlığı əslində, nüfuz dairəsi deməkdir.

Bir gün əvvəl Brüsseldə işini başa vuran Avropa Birliyinin sammitində Azərbaycan da daxil olmaqla, 6 sabiq sovet respublikası ilə daha sıx əlaqələrin qurulacağı bildirilib.

Avropa liderləri deyiblər ki, bu, birliyin Azərbaycan, Gürcüstan, Ermənistan,Ukrayna, Moldova və ola bilsin ki, Belarusa yardımı 600 milyon avroyadək artırmasına imkan açır. Söhbət bu ölkələrdə demokratik islahatlar aparılması və iqtisadiyyatın yaxşılaşdırılmasından gedir.

Brüsseldə istisna etmirlər ki, yaxşı icra olunsa, Şərqi Tərəfdaşlıq proqramı sözügedən 6 ölkənin nə zamansa hətta İttifaqa üzvlük şansı üçün imkan aça bilər.

Lakin bu, Avropa liderlərinin təbirincə, proqrama cəlb olunan ölkələrin özlərindən asılıdır.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, Rusiya ilə Avropa arasında hazırkı nüfuz mübahisəsi birincinin özünə imtiyaz istəkləri ilə əlaqədardır. Nəticə etibarı ilə, bu, Azərbaycan da daxil olmaqla, region ölkələrinin inkişafına əngəl törədir. Cənab Hacızadə Amerikanın səsinə bunları deyib:
Hikmət Hacızadə“Avropa ilə Rusiyanın toqquşan maraqları post-Sovet məkanında Moskvanın dominantlığıdır. Rusiya deyir ki, bu məkanda mən birinciyəm. Bu bazarda mənim mallarım getməlidir, mənim silahlarım satılmalıdır, sərhədlərə və kommunikasiyalara mən nəzarət etməliyəm, Qərb isə deyir ki, yox, elə şey yoxdur. Bu məkan azaddır, azad rəqabət gedəcək. Rusiya da təbii, başa düşür ki, azad rəqabət olsa, o uduzacaq və regiondan sıxışdırılacaq. Ona görə də, Rusiya belə bərabərhüquqlu əməkdaşlıq istəmir.

Cənab Hazıcadəyə görə, əslində Şərq Tərəfdaşlığı proqramı Avropanın indiyədək Azərbaycan və digər dövlətlərə təklif etdiyi əməkdaşlıq formatlarının ən mükəmməlidir.

“Əgər belə bir plan qəbul olunsa Azərbaycan və başqa respublikalar Avropa ilə əməkdaşlıq etməyə başlayacaqlar. Azad rəqabət olduqda isə Rusiya uduzacaq və Qərb burada möhkəmlənəcək. Moskva da məhz bunu istəmir”.

Bir sıra ekspertlər isə, Sergey Lavrovun yuxarıdakı fikirlərini Rusiya ordusunun 2011-ci ildən etibarən yenidən silahlanacağı barədə prezident Dmitri Medvedevin bu həftə səsləndirdiyi bəyanatın məntiqi ardı kimi xarakterizə edirlər.

Bu arada, Rusiya bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni yaradılacaq çevik hərbi birləşmələri postsovet məkanındakı münaqişələrin həllində o cümlədən Qarabağ münaqişəsinin həllində istifadə edilməyəcək.
Bu qərar qəbul olunanda, Ermənistanın təşkilatın üzvü olması səbəbindən Azərbaycanda müəyyən narahatlıqlarla qarşılanmışdı. İndi müşahidəçilərə görə, təşkilatda dominant rolu oynayan Rusiya müəyyən mənada Bakının ürəyindəki şübhə toxumılarını təmizləmək istəyir.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием